Qısa məzmun
Ə/h razılaşma yolu ilə. AccessBank Əlaqə mərkəzi şöbəsinin kiçik mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Müvafiq sahə üzrə təcrübə olması arzuolunandır.
Öhdəliklər:
- Əlaqə Mərkəzinə daxil olan zənglərin cavablandırılması və düzgün qeydiyyata alnması;
- Onlayn kanallar vasitəsilə daxil olan sorğuların vaxtında emal olunub cavablandırılması;
- Zəng edən bank müştərilərinə və potensial müştərilərə keyfiyytəli xidmət göstərilməsi;
- Gündəlik, həftəlik və aylıq hesabatların düzgün işlənib hazırlanması və Əlaqə Mərkəzinin rəhbərliyinə təqdim olunması;
- Əlaqə Mərkəzinin planlarının yerinə yetirilməsinə dəstək olunması.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə təcrübə olması arzuolunandır;
- Dil bilikləri : Azərbaycan və rus dilləri yüksək səviyyədə, ingilis dili bilənlərə üstünlük verilir;
- Kompüter bilikləri: MS Office;
- Yüksək ünsiyyətqurma bacarığı: aydın və səlis danışıq, qrammatik cəhətdən düzgün yazı yazma bacarığı;
- Dəqiqlik, operativlik və məsuliyyətlilik;
- Komandada işləmək bacarığı.
Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 14.08.2020-ci il tarixinədək CV@accessbank.az elektron ünvanına email-in mövzu hissəsində “Əlaqə mərkəzi şöbəsinin kiçik mütəxəssisi” yazaraq göndərmələri xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Oxşar vakansiya siyahısı:
700 — 800 ₼
İradların həlli üzrə inzibatçıKontakt Home İradların həlli üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...