Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Bank BTB Hesablaşmalar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Analiz etmə qabiliyyəti olmalıdır.
İş barədə məlumat:
- Bütün növ klirinq əməliyyatlarının aparılması(ödəniş sistemləri, kart prosessinq şirkətləri, müxbir banklar və s);
- Ödəniş sistemləri üzrə əməliyyatların, onlarla yazışmaların və araşdırmaların aparılması;
- SWIFT vasitəsilə göndərilən ödəniş tapşırığının Azərbaycan Respublikası rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının rejimi haqqında qaydalarına müvafiq olaraq icrası;
- Gündəlik olaraq müxbir banklardan çıxarışları alınması və onlara müvafiq olan əməliyyatların icra edilməsi;
- Xarici valyutada daxil olan ödənişlərin sistemə girişi;
- Bankın müxbir hesabları və ödəniş sistemləri üzrə hesablaşmaların aparılması.
Namizədə tələblər:
- Ali təhsil (iqtisadi, riyazi və maliyyə ixtisasları üzrə)
- Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini orta səviyyədə bilmə bacarığı
- Analiz etmə qabiliyyəti
- Problemləri həll etmə bacarığı
- Banklararası hesablaşmalar üzrə mövcud qanunvericiliyi bilmək
- Yüksək səviyyədə dəqiqlilik, operativlik və icraçılıq bacarığı
- Komandada işləmə bacarığı
- Ünsiyyət qurma bacarığı
- Microsoft Office proqramında işləmə bacarığı
Göstərilən tələblərə cavab verən namizədlər azərbaycan dilində öz CV-lərini 10.03.2020-ci il tarixinədək cv@btb.az elektron ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Bank Respublika ASC Lənkəran filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 450 + Bonus. Brand Credit BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...