Əməliyyat və bazar risklərinin idarə edilməsi Departamentinin direktoru
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Yelo Bank Əməliyyat və bazar risklərinin idarə edilməsi Departamentinin direktoru vəzifəsi üzrə vakansiya elan edir.

Struktur: Əməliyyat və bazar risklərinin idarə edilməsi Departamenti
Vəzifə: Departamentin direktoru
Bilavasitə tabeçiliyi: Risk İdarənin Rəhbəri

Vəzifə öhdəlikləri:

  • Əməliyyat və bazar risklərinin identifikasiyası, qiymətləndirilməsi və idarə edilməsinin üçün AR MB normativ sənədlərinin tələblərinə uyğun effektiv sisteminin formalaşdırılması və dəstəklənməsi:
  • Əsasnaməyə və Bankın digər normativ sənədlərinə müvafiq olaraq Departamentin proseslərinin idarə olunması, həmçinin ərisklərin minimallaşdırılması məqsədilə əməliyyat və bazar riskləri haqqında məlumatların toplanması proseslərinin təkmilləşdirilməsi;
  • Departamentin əməkdaşlarının fəaliyyətinə rəhbərlik;
  • Departament haqqında Əsasnamənin, əməliyyat risklərinin idarə edilməsi Siyasətinin işlənib hazırlanması və tətbiqi, Bank risklərinin identifikasiyası, qiymətləndirilməsi və idarə edilməsi üçün effektiv sisteminin formalaşdırılması və dəstəklənməsi məqsədilə əməliyyat riskləri ilə bağlı daxili normativ bazanın işlənib hazırlanması;
  • Əməliyyat Risk menejment sisteminin təkmilləşdirilməsinə yönəldilmiş yeni layihələrin tətbiq edilməsi (risk-iştah meyarlarının işlənib hazırlanmasında və s.);
  • Əməliyyat Risk menejment sistemi effektiv olması məqsədilə Departamentin hesabatlığının tətbiqi və təkmilləşdirilməsi;
  • Əməliyyat riskləri üzrə analitik hesabatın, həmçinin Departamentin fəaliyyəti haqqında hesabatların hazırlanması və Bankın
  • Rəhbərliyinə təqdim olunması;
    Bazar risklərinin müntəzəm monitorinqi;
  • Yeni risk limitlərinin müəyyən edilməsi və mövcud risk limitlərinin müvafiqliyinin yoxlanması, həmçinin potensial risklərin aşkar olunması və minimallaşdırılması üzrə təkliflərin tətbiq edilməsi. Erkən məlumatlandırma sisteminin yaradılması.
  • Bankın risk-menejment sahəsinə toxunan biznes-proseslərinin mütəmadi qıymətləndirilməsi işinin
    təşkili:
  • Bankda qüvvədə olan daxili normativ sənədlərə müvafiq olaraq, öz vəzifə öhdəlikləri çərçivəsində əməliyyat risklərinin idarə edilmə
  • ilə bağlı işdə bankın bütün struktur  bölmələrinə metodiki kömək;
  • Struktur bölmələrin işçilərinin əməliyyat riskləri hissəsində ixtisaslarının artırılması məqsədilə bankdaxili treninqlərin/seminarların keçirilməsi;
  • Komplaens-risklə bağlı hadisələrin uçotu, onların əmələ gəlmə ehtimalının müəyyən edilməsi və mümkün nəticələrin kəmiyyət qiyməti;
  • Bankın fəaliyyəti nəticəsində əmələ gələn komplaens risklərin effektiv idarə edilməsi, komplaens-
    nəzarət sisteminin Bankda koordinasiyası:
  • Komplaens-riskin monitorinqi, o cümlədən Bank tərəfindən tətbiq edilən yeni bank məhsullarının, xidmətlərin və komplaens-riskin olması mövzusunda onların realizə olunmasının planlaşdırılan metodlarının təhlili;
  • Struktur bölmələrin rəhbərlərinə və Bankın rəhbərliyinə komplaens-risklərin idarə edilməsi üzrə tövsiyyələrin zəruri hallarda göndərilməsi.
  • Bankda komplaens-risklərin azaldılmasına yönəldilən tədbirlər kompleksində iştirak və hüquq departamenti ilə koordinasiyası;
  • Bankda komplaens-risklərin müştərilərin şikayətləri hissəsində idarə edilməsinin effektivliyinin monitorinqi, komplaens-risklərin idarə edilməsi üzrə Bankın daxili sənədlərinin işlənib hazırlanmasında iştirak edilməsi;
  • Komplaens-risklərlə bağlı hadisələrin uçotu, onların əmələ gəlməsi ehtimalının müəyyən edilməsi və mümkün nəticələrin kəmiyyət qiyməti;
  • Bank tərəfindən tətbiq edilən yeni bank məhsullarının, xidmətlərinin və onların realizə olunmasının planlaşdırılan metodlarının razılaşdırılmasında iştirak vasitəsilə maraqların münaqişəsinin aşkar edilməsi.
  • İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfind ən qəbul olunmuş Standartlara əsasən Ümumi Hesabatlılıq Standartı əsasında Amerika Birləşmiş Ştatları hüquqi və fiziki şəxsləri istisna olmaqla digər dövlətlərin hüquqi və fiziki şəxslərinə məxsus və barəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə hesabat verilməli işinin təşkili:
  • Xarici Hesablar Vergi Əməletməsi Aktı ilə əlaqədar Amerika Birləşmiş Ştatlarının hüquqi və fiziki şəxslərinə məxsus və barəsində hesabat verilməli hesabların (bundan sonra – ABŞ-ın hesabat verilməli hesabları) yoxlanılması işinin təşkili, müəyyən edilməsi və barəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə hesabat verilməsi

Məsuliyyət:

  • İcra etdiyi işlərin qanunvericiliyə, Mərkəzi Bankın normativ aktlarının və bankdaxili sənədlərin tələblərinə müvafiq olmasına görə məsuliyyət daşıyır;
  • Qoyulan tapşırıqların vaxtında və tam icrasına görə məsuliyyət daşıyır;
  • Öz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində banka vurulan ziyana görə məsuliyyət daşıyır;
  • Bank sirrinin və kommersiya sirrinin qorunmasına görə məsuliyyət daşıyır;
  • Onun istifadəsinə verilən əsas vasitələrin və digər avadanlıqların qorunmasına görə məsuliyyət daşıyır;
  • Daxili və xarici nəzarət orqanlarının yoxlama nəticələri üzrə alınan göstərişlərin icrasına görə məsuliyyət daşıyır;
  • Departamentin Bankın digər struktur bölmələri ilə qarşılıqlı işinin təşkili üçün məsuliyyət daşıyır.

Vəzifəyə tələblər:

  •  Bankın dəyərlərinə uyğun işlərin təşkili;
  • Ali təhsil;
  • 2-5 il iş təcrübəsi;
  • AR banklar və bank fəaliyyəti haqqında qanunvericiliyinin, MB və MBNP kredit təşkilatlarının filiallarının və şöbələrinin fəaliyyəti məsələləri üzrə normativ sənədlərini, əmək qanunvericiliyini bilmək;
  • AR Əmək qanunvericiliyinin əsaslarını bilmək;
  • Bank sistemi strukturunu və bank işinin əsaslarını bilmək;
  • Mühasibat uçotunu, Bankın maliyyə və təsərrüfat fəaliyyəti haqqında hesabatlığını, təhlil və planlaşdırma metodlarını bilmək;
  • Kargüzarlığın əsaslarını və kredit təşkilatlarının fəaliyyətində maliyyə sənəd dövriyyəsi qaydalarını bilmək;
  • Bank xidmətlərinin təqdim olunması texnologiyalarının əsaslarını bilmək;
  • Menecment, biznes-planlaşdırma, marketinq tədqiqatlarının, statistik məlumatların əldə edilməsi, emalı və təhlilinin metod və texnologiyalarının əsaslarını bilmək;
  • Danışıqların və işgüzar ünsiyyətin aparılması bacarığı;
    – İqtisadi xarakterli informasiya ilə analitik iş səriştəsi;
  • Bankın informasiya-hüquqi sistemlərindən və digər informasiya resurslarından istifadə təcrübəsi;
  • Microsoft office, Bank proqramlarından və digər xüsusi proqramlardan istifadə bacarığı;
  • Rus və İngilis dili üzrə yüksək səviyyədə biliklər;
  • Yüksək analitika qabiliyyəti;
  • Konstruktiv ünsiyyəti təşkil etmək qabiliyyəti;
  • Komanda ilə işləmək və qərarlar qəbul etmək qabiliyyəti;
  • Işin planlaşdırılması qabiliyyəti;
  • Məsuliyyət;
  • Liderlik, peşəkarlıq;
  • Işgüzar aktivlik;
  • Nəticəyə istiqamətlilik;
  • Peşə inkişafı;
  • Təşəbbüskarlıq;
  • Kommunikabellik;
  • Stressə davamlılıq.

Siz elektron poçtun “mövzu” yerinə “Departamentin direktoru” qeyd etməklə öz CV-lərinizi cv@yelo.az ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

700₼
Aparıcı kredit mütəxəssisi

Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...

Brand Credit BOKT

02.04.2025 - Bakı, Bərdə

450₼
Kredit mütəxəssisi

Əmək haqqı 450 + Bonus. Brand Credit BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...

Brand Credit BOKT

02.04.2025 - Bakı, Bərdə

600 — 1000 ₼
Mühasib köməkçisi

Turban Moda Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Turban Moda

28.03.2025 - Bakı

701₼
Mühasib

Pro Con İzo Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

PRO CON izo

19.03.2025 - Bakı

Commercial Analyst

https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...

Agro Dairy LLC

14.03.2025 - Bakı

1₼
Maliyyə mütəxəssisi

AQA Şirkətlər Qrupu Maliyyə mütəxəssisi vakansiyasını elan edir. ...

AQA Şirkətlər Qrupu

14.03.2025 - Bakı

700₼
Kassir-operator

Pro Con İzo Kassir-operator vəzifəsi üzrə vakansiya elan edir. ...

PRO CON izo

13.03.2025 - Bakı