Qısa məzmun
Unimetal Məhdud Məsuliyyətli Cəmiyyət Əməyin mühafizəsi üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- İş prosesində yarana biləcək təhlükəli iş şəraitinin qarşısının alınması məqsədi ilə müvafiq təhlükəsizlik tədbirlərin həyata keçirilməsi, təhlükəsizlik prinsiplərini və texnologiyalarını tədbiq edərək səhhətin, əməyin təhlükəsizliyi və ətraf mühitin qorunması üzrə prosedura və qaydalarının hazırlanması və proqramlarının planlalaşdırılması, həyata keçirilməsi və təhlükəsizlik işlərinin koordinasiya edilməsi
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitariya işlərinin təşkil edilməsi
- İstehsalat yerlərində və satış obyektlərində nizam- intizam qaydaları, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyenaya şirkətdaxili prosedura və qaydalar çərçivəsində riayət olunmasına nəzarət edilməsi
- İstehsalat zədələri və peşə xəstəliklərin səbəblərinin müəyyən edilməsi, iz aktlatın və digər aidiyyatı hesabatların və sənədləşmələrin hazırlanması, hadisələrin qarşısının alınması və aradan qaldırılması məqsədi ilə onların təftiş və təhlil edilməsi, mütamadi hesabatların hazırlanıb rəhbərliyə çatdırılması
- İş şəraiti, avadanlıqlar, işin təhlükəsizlik standartlarına və dövlətin tələblərinə uyğunluğunun təmin edilməsi məqsədi ilə mütamadi yoxlamalar və ya qiymətləndirilmələrin aparılması
- İşçilərin sağlamlığına təhlükə yarada bilən fəaliyyət növlərini araşdırmaq və bu kimi hallar olduğu təqdirdə iş prosesinin saxlatdırılması ilə bağlı tədbirlər planın hazırlanması və icrası
- Təhlükəsizlik üzrə təlimat və təhsil proqramlarını aparmaq, və orada təhlükəsizlik əşyalarından istifadə qaydalarını göstərmək, yeni işə qəbul edilən işçiləri təhlükəsizlik qaydaları ilə tanış etmək
- Həftədə 6 iş günü (saat 10:00-dan 18:00-dək)
Namizədə tələblər:
- Namizəd 25-35 yaş aralığında olmalı
- İstehsalat, Tikinti-İnşaat mühəndisliyi sahəsində ali təhsilli olmalı
- Müvafiq sahədə ən azı 3 illik iş təcrübəsinə sahib olmalı
- Tikinti-inşaat, istehsalat texnologiyasının əsaslarını yaxından bilməlidir
- Azərbaycan, İngilis və rus dillərini bilməlidir
- Microsoft Office, Internet, Outlook proqramlarında işləmək bacarığı
- İxtisas üzrə sertifikatlara sahib olan namizədlərə üstünlük veriləcəkdir
- Mühitə tez uyğunlaşan, komandada işləmə qabiliyyəti, dəqiq, məsuliyyətli
- Stres altında işləməyi bacaran
- Nizam-intizamlı, yüksək ünsiyyət qabiliyyətli
Qeyd: Uyğun namizədlər mövzu (tema) yerinə “SƏTƏM Mühəndisi” yazaraq hr@unimetal.az adresinə öz CV-lərini göndərə bilərlər. Yalnız tələblərə uyğun gələn şəxslərlə əlaqə saxlanılacaqdır. Xahiş edirik telefon vasitəsilə əlaqə saxlanılmasın!
Oxşar vakansiya siyahısı:
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...