Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Holcim Əsas vəsaitlər və Xəzinadarlıq üzrə Supervayzer vəzifəsi üzrə vakansiya elan edir. İngilis və Rus dilləri bacarığı olmalıdır.
Ümumi:
Holcim (Azərbaycan) ASC ölkədə klinker və sement istehsal edən qabaqcıl müəssisələrdən biridir və dünyanın ən böyük sement istehsalçısı olan LafargeHolcim Qrupuna daxildir.
Əsas öhdəliklər və vəzifələr:
- Banklarla əlaqələrin idarə olunması
- Bank tərəfindən tutulan xərclərin azaldılması məqsədilə onların monitorinqini həyata keçirir
- Xəzinədarlığa aid Gündəlik hesabatların hazırlanmasını yoxlayır və rəhbərliyə göndərir
- ƏDV depozit hesabından ödənişlərin idarə olunması
- Əsas vəsaitlərin yerli və beynəlxalq mühasibatliq standartlarına uyğun olaraq düzgün əks etdirilməsi, mütəmadi olaraq əsas vəsaitlərin fiziki hesablanması
- Təmir xərclərinin yerli mühasibatliq standartlarına uyğun olaraq düzgün əks etdirilməsi
- Kapital qoyuluşu üzrə layihələrə mütəmadi olaraq nəzarət edir
- Özünü və ətrafdakı insanları təhlükəsiz bir iş mühiti ilə təmin etmək üçün şirkətin təhlükəsizlik qaydaları və nizamnamələri ilə tam xəbərdar olmaq və onlara ciddi əməl etmək.
Tələb olunan keyfiyyətlər:
- Maliyyə və ya mühasibatlıq üzrə ali təhsil;
- 2 illik iş təcrübəsi;
- Kompüter bacarığı: MS Office, SAP, EFP, BTP proqramları;
- Yaxşı Azərbaycan, İngilis və Rus dilləri bacarığı;
- Əla ünsiyyət, planlaşdırma və təşkilatçılıq, problemlərin həlli bacarıqları;
- Təşəbbüskarlıq, komanda yönümlülük, şirkətə sadiqlik;
Müraciət etmək proseduru:
Maraqlananlar CV-lərini mövzu bölməsində “Əsas vəsaitlər və Xəzinadarlıq üzrə Supervayzer” yazmaqla aze-hr-cv@lafargeholcim.com ünvanında yerləşdirə bilərlər.
Yerləşdirilimiş bütün müraciətlərə baxılacaq və hamıya bərabər imkan yaradılacaqdır.
Qeyd: yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
CV-lərin son qəbul tarixi: 30 sentyabr 2020
Oxşar vakansiya siyahısı:
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...