Qısa məzmun
Sinteks Group of Companies 1C Administratoru vəzifəsi üzrə vakansiya elan edir. Problemlərin həll etmə bacarığı olmalıdır.
1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
Sinteks Şirkətlər qrupuna hal hazırda 1C Administrator tələb olunur.
Vəzifənin rolu:
Bu vəzifənin rolu istifadəçilərinin yaranan problemlərinə və 1C sisteminin fasiləsiz fəaliyyətinə dəstək olmaqdır.
Vəzifə öhdəlikləri:
- 1C istifadəçilərinə gündəlik yaranan problemlərin həllində dəstək olur
- 1C sisteminində müxtəlif problemləri həll edir
- 1C sisteminə daxil olan məlumatları gündəlik analiz edir
Əsas tələblər:
- Təhsil:
- Texniki Ali Təhsil
- 1C “Розница” sertifikatı arzuolunandır
- Təcrübə:
- 1C Administrator kimi ən azı 1 il təcrübə
- “Управление Торговлей” və “Розница” üzrə Təcrübə
- Professional biliklər:
- Platformanın konfiqurasiyaları və standart mexanizmləri üzrə biliklər
- 1C proqramlaşdırma arzuolunandır
- Professional bacarıqlar və kompetensiyalar:
- Ünsiyyət Bacarıqları
- Problem həll etmə
- Analitik düşüncə
- Detallara və nəticəyə yönümlülük
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “1C Administrator” qeyd edərək recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.