Qısa məzmun
BERC Group 1C biznes analitik vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- 1C Müəssisə proqram təminatı xidmətlərinin həyata keçirilməsi və implementasiyası;
- 1C Müəssisə proqram təminatında yaranan problemlərin aradan qaldırılması;
- Layihə çərçivəsində istifadəçi tələblərinin toplanması üçün müştəri ilə görüş və tələblərin müəyyən edilməsi;
- Layihə ilə əlaqəli mövcud qanunvericiliyə dair sənədlərin analiz edilməsi;
- Layihəyə dair ümumi icra planının hazırlanması;
- 1C Tələblərin analiz edilməsi, optimallaşdırılması, əsas və alternativ yanaşmaların (modellərin) müəyyən edilməsi;
- 1C Müəssisə proqram təminatının qurulması üçün biznes proseslərin diaqram və sxemlər əsasında vizual təsvir edilməsi;
- Analiz sənədi və texniki tapşırığın hazırlanması;
- Proqramlaşdırma mərhələsində sistemin tələbləri və analiz sənədinin təhlili ilə bağlı proqramçılara lazımi informasiya dəstəyinin göstərilməsi;
- Sistemin tətbiqi mərhələsində müştəriyə sistemin təqdimatının həyata keçirilməsi və lazımi istifadəçi təlimatlarının hazırlanması;
- Layihə çərçivəsində işlərin keyfiyyətinə, zamanına, büdcəsinə nəzarət prosesində iştirak etmək;
- Gündəlik görüşlərdə iştirak etmək, tapşırıqların müzakirəsi;
- Hazırlanan proqram təminatının funksionallıqlarının ilkin testinin aparılması;
- Sistemin tətbiqi mərhələsində lazımi təlimlərin verilməsi.
Vəzifəyə dair tələblər:
- Riyaziyyat, tətbiqi riyaziyyat, iqtisadiyyat və mühasibat uçotu üzrə bakalavr təhsili arzuolunandır.
- Azərbaycan və rus dillərində sərbəst və səlist danışıq və yazı yazmaq bacarığı (ingilis dili üstünlükdür);
- Mühasibatlıq və Maliyyə sahəsində təcrübənin olması üstünlükdür
- 1C: Müəssisə 8 platformasını bilməli və sərbəst işləmə bacarığına sahib olmalıdır
- 1C: Müəssisə 8 platformasında ən azı 1 il iş təcrübəsi tələb olunur.
- MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə də Excel proqramını bilməlidir.
- Proqram təminatının reallaşması üzrə layihələrdə (SQL biliklərin, AGILE Software, UML və BPMN) iş təcrübəsi azruolunandır.
- Məlumat mübadiləsi (Visio, PowerPoint, JSON, XML, və s.) üçün təcrübə və biliklər azruolunandır.
Bacarıq və səriştələr:
- Komanda ruhlu olmalı;
- Detallara yüksək diqqət etməyi bacarmalı;
- Məntiqi-Riyazi düşüncə, müsahibə və sorğulama, analitik və sistematik düşüncə qabiliyyətinə sahib olmalı;
- Öyrənməyə həvəsli olmalı, peşəsi ilə bağlı yenilikləri işinə tətbiq edə bilməli;
- Aktiv və məsuliyyətlilik kimi xarakterik xüsusiyyətlərə sahib olmalı;
- Problemləri həll etmə bacarığı olmalıdır.
BERC Group MMC sizə nə vəd edir?
- Şirkətdə və xidmət göstərdiyi müəssisələrdə karyera yüksəlişi imkanı;
- Rəqabət qabiliyyətli əmək haqqı.
Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən öz CV-lərini 26.01.2023-ci il tarixinədək elektron ünvanına mövzu yerinə əmək haqqı gözləntisini və 1C biznes-analitik vəzifəsi yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Qeyd: İlkin göndərilmiş CV-lər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.
Oxşar vakansiya siyahısı:
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 450 + Bonus. Brand Credit BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...