Qısa məzmun
Ateshgah Sigorta 1C Mühasibat sisteminin proqramçısı vəzifəsi üzrə vakansiya elan edir.
«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ birləşərək “Atəşgah” Sığora Qrupunu yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 14 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.
1C Mühasibat sisteminin proqramçısı
Əsas öhdəliklər:
- 1C Mühasibat sisteminin tətbiqi (Versiya 8)
- 1C Mühasibat (Versiya 8) sisteminin tələblərinə dair təhlilin və təsnifatın aparılması
- 1C Mühasibat modullarının konfiqurasiyası və başa çatdırılması
- Texniki tapşırıq sənədinə uyğun 1C proqram təminatını tətbiq etmək/proqramlaşdırmaq;
- Texniki tapşırıq sənədində qeyd edilənlərə optimal həll vermək;
- Layihə üzrə proqramlaşdırılma planını (deadline) vaxtında bitirmək.;
- 1C proqram təminatını quraşdırmaq;
- Proqram təminatını test etmək;
- Yeni modulların yazılması ve dəyişikliklərin edilməsi.
- İstifadəçi dəstəyi üzrə təcrübə
- 1C proqramlaşdırma dilində kod yaza bilməsi
- Verilən tapşırığa adaptasiya olmaq ve sərbəst araşdırmaq;
- Texniki rus ve ingilis dili (daha yaxşı bilenlere üstünlük verilir);
- Diqqətli ve məsuliyyətli olmaq;
Namizədə olan tələblər:
- Ali təhsil
- 1C platformasını bilmək
- 1C Mühasibat (Versiya 8) sisteminin hazırlanması və ya tətbiqində təcrübə
- Azərbaycan / Rus dillərini bilmək
İş şərtləri:
- Freelance
Məlumatlandırıcı qeydlər:
- Diqqət! Xahiş olunur iş elanı ilə diqqətlə tanış olasınız;
- Bilik və bacarıqlarınız vakansiyaya uyğun hesab edirsinizsə özünüz haqda əsas məlumatı qısa video-müsahibə formatında təqdim edin;
- Özünüz haqda məlumatı Word və yaxud PDF formatında hazırlanmasıda məqsədə uyğundur;
- CV formasında əsas məlumatları düzgün və aydın qeyd edin;
- Unutmayın ki, namizədliyinizin baxılmasında özünüz haqda məlumatların düzgün təqdim edilməsi mühüm rol oynayır.
- İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur;
- Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin;
- Özünüz haqda məlumatları göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun;
- İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Vakansiya ilə maraqlanan namizədlərdən recruiting@ateshgah.com mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “1C Mühasibat sisteminin proqramçısı” qeyd etmələri xahiş olunur.
“Atəşgah” S.Ş. şəffaf idarəçilik üslubunu tətbiq etməklə, əməkdaşların daimi rəyini öyrənib, qərarların qəbul edilməsində onların iştirakını təmin edir.
Sağlam həyat tərzinin təmin olunması üçün müasir idman zalı, bütün avadanlıqlarla təhciz olunmuş yemək zalında güzəştli şərtlərdə təşkil olunan nahar fasiləsi, kitabxana, istirahət otaqları, müxtəlif əyləncəli tədbirlər, intellektual oyun və viktorinalar iş gününü maraqlı və faydalı edir. Ən vacibi isə hər bir əməkdaş davamlı inkişaf və karyera yüksəlişi məqsədilə daxili və xarici tədris prosesinə qoşulmaq imkanına malikdir.
Oxşar vakansiya siyahısı:
Expressbank ASC İT departamenti, Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan ed ...
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsi/ Şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifəsi üzrə ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
GL ASC (Sizin Lombard), bazarın liderlərindən biri olaraq, Yevlax filialında çalışmaq üçün Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. ...
Rabitabank ASC Kürdəmir filialı üzrə Mikro kredit mütəxəssisi vakansiyasını elan edir. ...
Uragan-Group Mühasib köməkçi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Şöbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC İT Təhlükəsizliyi Departamentinin Bank Sistemlərinin təhlükəsizliyi şöbəsində Aparıcı mütəxəssis vəzifəsinə işə qəbul elan ed ...
AGRO - WEST DC LLC şirkəti Maliyyə hesabatlılığı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...