Qısa məzmun
Sinteks Group of Companies 1C Tərtibatçı vəzifəsi üzrə vakansiya elan edir. Problemlərin həll etmə bacarığı olmalıdır.
İş xülasəsi:
Bu vəzifənin rolu 1C sistemini mütəmadi olaraq tərtib/inkişaf elətdirmək və fasiləsiz fəaliyyətini təşkil etməkdir.
Öhdəlikləri:
- 1C sistemində yeni avtomatlaşdırılmış həllər və modullar hazırlayır
- 1C sistemində mövcud avtomatlaşdırılmış həlləri əlaqələndirir və izləyir
- 1C sistemində yeni həllərin təkmilləşdirilməsi üçün şərtləri və xərcləri qiymətləndirir
- 1C sisteminin istifadəsi ilə bağlı problem yarandıqda həll edir
Məsuliyyət sahəsi:
- 1C ERP
- 1C Retail
Vəzifə tələbləri:
- Professional Biliklər
- 1C Platformasının dilini və standart mexanizmini bilmək
- Mühasibat və əmək haqqı üzrə əsas biliklər arzuolunandır
- Təhsil
- İT, Riyaziyyat, Kibernetika və ya müvafiq sahədə Ali təhsil
- 1C sertifikatı və ya müvafiq sertifikatlar arzuolunandır
- İş Təcrübəsi
- 1C Tərtibatçısı kimi ən az 3 il iş təcrübəsi
- Professional Bacarıq və Kompetensiyalar
- Problem həll etmə
- Analitik düşüncə
- Ünsiyyət bacarıqları
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “1C tərtibatçı” qeyd edərək recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.