Qısa məzmun
Ə/h 1200 AZN + bonus. LİBRAFF MMC 1C üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə tələblər:
- Təhsil: Ali
- 1C sahəsində iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili – mükəmməl, rus və ingilis dili biliyi arzuolunandır
Tələb olunan bacarıqlar:
- Məsuliyyətli, operativ, işə həvəslə yanaşan;
- Komputer proqramlarından istifadə etmək bacarığı (MS Word, Excel, PowerPoint, Outlook)
- Çalışqanlıq, diqqətlilik, böyük həcmli məlumatlarla işləmək bacarığı;
Əsas vəzifə öhdəlikləri:
- 1C sisteminə ümumi nəzarət etmək, iş proseslərinə uyğun olaraq lazımı məlumatları sistemə daxil etmək, yeniləmək, dəyişmək;
- Proqram təminatına dair şirkətin tələblərini müəyyənləşdirmək və təhlil etmək, həmin tələblərə uyğun təkliflər irəli sürmək və sistemi təkmilləşdirmək;
- Proqram təminatın işləyib hazırlanmasına və təkmilləşdirilməsinə dair texniki tapşırıqlar hazırlamaq
- Yeni məhsulların, qiymət dəyişikliyinin, endirim və digər məlumatların sistemə daxil edilməsinə nəzarət etmək
İş yeri, qrafik və digər şərtlər:
- İş vaxtı 09:00 – 18:00
- İş günü 5/2
- Ə\h 1200+
- İş yeri: “Badamdar Estates and Residences” (keçmiş Pullman\Kempinski Hotel)
- Şirkət tərəfindən korporativ nömrə verilir
- Sınaq müddətindən sonra şirkətin məhsullarına endirim tətbiq olunur
Şirkət haqqında:
2017-ci ildə təsis olunmuş “LIBRAFF” Azərbaycan kitab ticarəti sahəsində ən böyük modern kitab mağazaları şəbəkəsidir. Şirkət Bakı, Gəncə və Sumqayıt şəhərlərində mağazaları ilə təmsil olunur.
Müraciət üçün e-mail: human.resources@libraff.az
Müraciət zamanı mövzu başlığında vakansiyanın adını qeyd etmək tövsiyə olunur.
Oxşar vakansiya siyahısı:
Commercial Analyst
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...