Qısa məzmun
Code Academy 2D Motion Dizayn müəllimi vəzifəsi üzrə vakansiya elan edir.
Müraciət üçün linkə daxil olun: https://qlor.me/lb6irnsc
Təsvir
Tədris iş yükü müqavilədən asılı olaraq həftədə ən azı 1 qrup, ən çox 2 qrupdur. İş saatları namizədin cədvəlinə uyğun olaraq səhər, axşam və / və ya həftəsonu qrupları ilə uyğunlaşdırılır.
- Dərs prosesi başlamazdan əvvəl proqram rəhbəri ilə tədris proqramı haqqında müzakirə aparmaq, proqram ilə tanış olmaq, təkmilləşdirmə üzrə təkliflər vermək;
- Tələbə layihələrini təyin etmək və məzun olma proseslərində proqram rəhbəri ilə birgə qərar verən tərəf kimi çıxış etmək;
- Tələbələrin mentor tərəfindən “Aktivlik cədvəli”nə əsasən qiymətləndirildiyindən əmin olmaq və hesabatın sistemə daxil edilməsini təsdiq etmək ;
- Tədris proqramın yekununda fərdi və ya qrup tapşırıqlarını son icra tarixi ilə təyin etmək, layihənin yekununda tələbənin proqramı bitirmə dərəcəsini təqdim etmək və əsaslandırmaqla təsdiq etmək.
Tələblər
- Müvafiq sahə üzrə ali təhsil;
- Sahə üzrə (motion) iş təcrübəsi;
- 2D Motion sahəsində yüksək səviyyədə bilikli olmaq (keyframe, sürət və dəyər qrafiki, animasiyanın 12 prinsipini bilmək, rəngləmə,dizayn, kompozisiya, storyboard, video editləmə və digər);
- Motion alətlərində yüksək səviyyədə işləmək qabiliyyəti;
- Yüksək səviyyədə Qrafik dizayn, After Effects, Adobe Illustrator, Adobe Photoshop, Adobe Premiere bacarıqları.
Bacarıqlar
- Rəqəmsal alətlərdən istifadə səlistliyi;
- Quruculuq işləri üzrə təşəbbüskarlıq;
- Ünsiyyət qabiliyyəti;
- Sinif idarəetmə bacarığı;
- Qeydlər aparmaqda cəldlik və dəqiqlik.
Şəxsi keyfiyyətlər
- Təşəbbüskar və motivasiyalı;
- Detallara yönümlü;
- İzah etmə qabiliyyəti.
Namizəd mütləq şəkildə öz CV-si ilə birgə portfolio təqdim etməlidir.
Oxşar vakansiya siyahısı:
Dizayner-konstruktor
Embawood Dizayner-konstruktor vəzifəsi üzrə vakansiya elan edir. ...
1000₼
Videoqraf və mobiloqraf,reelsmakerASADZADESANAN MMC Videoqraf və mobiloqraf,reelsmaker vəzifəsi üzrə vakansiya elan edir. ...