Qısa məzmun
Imza Group 5-11ci sinif məktəb fənnləri üzrə müəllim vəzifəsi üzrə vakansiya elan edir
“İMZA Group” MMC (İMZA EDU) tədris mərkəzi 2023-2024 tədris ili üçün 5-11ci sinif məktəb fənləri üzrə müəllimlərin (Azərbaycan və Rus bölmələri) işə qəbulunu elan edir.
İşəqəbul aşağıdakı fənlər üzrə həyata keçiriləcək:
- Azərbaycan dili (azərbaycan bölməsi)
- Riyaziyyat (rus və azərbaycan bölməsi)
- İngilis dili (rus və azərbaycan bölməsi)
- Azərbaycan dili (rus bölməsi üçün)
- Rus dili (rus bölməsi üçün)
Minimum Vakansiya Tələbləri:
- Sahə üzrə minimum 1 il pedaqoji təcrübə
- Müvafiq sahə üzrə bakalavriat dərəcəsi;
- Müasir Təlim Texnologiyalarından və proqramlardan istifadə bacarıqları/
- İKT bacarıqları (MS Office, email, internetdə araşdırma və s.)
Əsas Vəzifələr:
- Milli Kurikulum (DİM proqramı) istiqamətində dərsləri təşkil etmək
- Dərs proqramını və test taprışıqlarını hazırlamaq
- Fənnin tədrisi ilə bağlı hesabatları hazırlamaq
- Müasir Təlim Texnologiyalarından və proqramlardan istifadə bacarıqlarının dərslərdə və dərslərə hazırlaşma mərhələlərində tətbiq etmək
- Şagirdlərin fərdi potensial və səriştələrini üzə çıxarmaq üçün onlara həvəsləndirici və öyrədici mühit yaratmaq
- Tədris mərkəzinin təlim-tədris və sosial fəaliyyətlərinə töhfə verməsi
Namizəddə Axtarılan Xüsusiyyətlər:
- Şagirdlərlə fərdi və qrup şəklində işləmə həvəsi və bacarığı
- Pedaqoji kollektivlə işləmə bacarığı
- Pozitiv və effektiv ünsiyyət bacarıqları
- Özünü daim inkişaf etdirmə və öyrənmə istəyi
İş Qrafiki:
- 9:00-dan 21:00-dək; (Dərs saatlarına uyğun olaraq)
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq tədris etdikləri fənni (məs. riyaziyyat müəllimi rus bölməsi) qeyd etmələri xahiş olunur
Yalnız imtahanı uğurla keçən namizədlər müsahibə mərhələsinə dəvət olunacaq.
Son müraciət tarixi: 15 aprel 2023.
Oxşar vakansiya siyahısı:
Təsvir Excellent subject and curriculum knowledge. Excellent planning and teaching well structured lessons. Resource-based teaching / collecting and organizing subject r ...