Qısa məzmun
Ə/h 400 AZN. Azərpambıq ASK MMC Energetik vəzifəsi üzrə vakansiya elan edir. Müvafiq sahədə minimum 5 il təcrübə tələb olunur.
Tələblər:
- Təhsil dərəcəsi:Bakalavriat (energetika sahəsi üzrə ali təhsil),
- Komyüter bilikləri:MC Office,
- Dil bilikləri:Azərbaycan dili -əla (rus,ingilis dili arzuolunandır)
- Təcrübə:Müvafiq sahədə minimum 5 il
- Yaş həddi:30-50
- Əmək haqqı: 450
Vəzifə öhdəlikləri:
- Zavodun enerji daşıyıcısı və elektrik enerjisinin fasiləsiz işini təmin etmək, enerji təsərrüfatının təmirinin vaxtlı-vaxtında yerinə yetirilməsini və enerji daşıyıcılarının bütün növləri üzrə stabil təmin edilməsini həyata keçirmək
- Ehtiyat hissələrinin və materialların, avadanlıqların tələbatına əsasən zavodun enerji təsərrüfatını təmin etmək
- Texnoloji avadanlıqlarının elektrik hissələrinin, şəbəkənin təmirinin və istismarını təmin etmək
- Enerji qurğularının və enerji avadanlıqlarının əsaslı təmirini təmin etmək
- Yeni istifadəyə verilmiş sexlərin elektrik avadanlıqlarının prinsipial sxemlərini öyrənmək
- Yeni texnika üzrə tədbirlərin, enerji ehtiyatlarının səmərəli istifadə edilməsi, verilmiş miqdarda qüvvə əmsalını saxlamaq, enerji ehtiyatlarının sərf etmə balansının hazırlanmasını təşkil etmək
- Vahid məhsulun enerji ehtiyatlarının sərf edilməsinin xüsusi normasını və enerji ehtiyatından səmərəli istifadə edilməsinə nəzarət etmək
- Ehtiyat hissələrinin və elektrik avadanlıqlarının alınması ilə əlaqədar maliyyə sənədləri hazırlayıb rəsmiləşdirmək
- Zavodun elektrik avadanlıqlarının xidmətinin təhlükəsiz istismarını təmin etmək
- Texnoloji avadanlıqlarının elektrik hissələrinin, şəbəkənin təmirinin və istismarını təmin etmək
- Elektrik avadanlıqlarının carı və əsaslı təmir qrafikini tərtib edib onların yerinə yetirilməsinə nəzarət etmək
- Zavodda işləyən sex və sahələrin elektrik avadanlıqlarının texniki təhlükəsizlik qaydalarına uyğun istismarını təmin etmək
- Zavod üzrə və həmçinin ayrı-ayrı sexlər üzrə vahid məhsula düşən elektrik enerjisinin, yanacağın norması və istehlak planlarının və balanslarının plan şöbəsi ilə birlikdə hazırlanıb rəhbərliyin təsdiqinə təqdim etmək;
- Normativ sənədlər üzrə biliklər və onların tətbiqi
Uyğun namizədlərdən cv-lərini hr@azercotton.com mail ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız bölgələr üzrə (Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar, Goranboy, İmişli, Salyan, Sabirabad, Saatlı, Şirvan, Tərtər)
Oxşar vakansiya siyahısı:
PRO CON izo Layihələrin idarə olunmasi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Kimyəvi analizlər üzrə laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Hazır məhsul müfəttişi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu stehsal üzrə növbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...