Qısa məzmun
Ə/h 400 AZN. Azərpambıq ASK MMC Baş Laborant vəzifəsi üzrə vakansiya elan edir. Müvafiq sahədə minimum 5 il təcrübə tələb olunur.
Tələblər:
- Təhsil dərəcəsi:Bakalavriat,Orta ixtisas (Müvafiq sahədə ali təhsilin olması üstünlükdür)
- Komyüter bilikləri:MC Office,
- Dil bilikləri:Azərbaycan dili -əla (rus,ingilis dili arzuolunandır)
- Təcrübə:Müvafiq sahədə minimum 5 il
- Yaş həddi: 30-50
- Əmək haqqı: 400
Vəzifə öhdəlikləri:
- Xam-pambığın analizi edilərək nəmlik-zibilliliyinin təyin edilməsinə nəzarət edir. Hazır məhsulların (mahlıc,tiftik və çiyid) analiz edilməsini həyata keçirir.
- Laboratoriya işcilərinin işinə rəhbərlik edir;
- Laboratoriya avadanlıqları, cihaz və qurğularının təmiz və saz saxlanılmasına nəzarət edir, onları təcrübəyə hazırlayır.
- Təlimatlara əsasən cihaz və aparatları yoxlayır və tənzimləyir, eksperimentlərin aparılmasında iştirak edir;
- Xammala uyğun olaraq, analiz, sınaq ölçmə nəticələrini emal edir, sistemləşdirir, rəsmiləşdirir və onların hesabını aparır.
- Tədqiqat zamanı laboratoriya təhlillərini yerinə yetirir.
Uyğun namizədlərdən cv-lərini hr@azercotton.com mail ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız bölgələr üzrə (Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar, Goranboy, İmişli, Salyan, Sabirabad, Saatlı, Şirvan, Tərtər)
Oxşar vakansiya siyahısı:
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...