Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Unicapital Kiçik Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. MS Office proqramları bilməlidir.
Əsas vəzifə öhdəlikləri:
- Cəmiyyətin adından hüquqi və fiziki şəxslərlə bağlanması üçün müqavilələr (əlavə və dəyişikliklər) hazırlamaq, struktur bölmələrdən daxil olan sənədləri (müxtəlif növ müqavilələr, onların əlavələri, təhvil-təslim aktları) yoxlamaq və hüquqi ekspertizasını aparmaq;
- Cəmiyyəti məhkəmələrdə və istintaq orqanlarında cavabdeh, iddiaçı, üçüncü şəxs (maraqlı şəxs) və digər proses iştirakçısı kimi verilmiş müvafiq səlahiyyət əsasında təmsil etmək, iddia ərizələri, apellyasiya şikayətləri, iddia ərizəsinə və apellyasiya şikayətlərinə etirazlar (mülahizə), həmçinin vəsatətlər hazırlamaq və qeyd olunan sənədləri aidiyyəti məhkəməyə göndərmək;
- Cəmiyyətin bütün struktur bölmələrindən daxil olan hüquqi uyğunluq məsələləri üzrə sorğuları cavablandırmaq;
- İnvestisiya Xidməti üzrə müqavilələr hazırlamaq, Tərəfdaş və müştərilərin rəy və sorğularının cavablandırmaq
- Cəmiyyətin fəaliyyətində meydana çıxan hüquqi məsələlərlə bağlı hüquqi rəy və qiymətləndirməni hazırlamaq, eləcə də qiymətli kağızlar bazarı qanunvericiliyində meydana çıxan ziddiyyətli məqamlarla bağlı müvafiq dövlət orqanlarına sorğular hazırlamaq və göndərmək
- Nəzarət orqanının və digər qurumlardan layihə şəklində daxil olan qanun və digər normativ hüquqi aktlarlarla bağlı təkliflər hazırlamaq, rəy vermək;
- Cəmiyyətin adından etibarnamələr hazırlamaq;
- Şəxslərdən daxil olmuş şikayətlərin araşdırılması zamanı meydana çıxan hüquqi məsələlərlə bağlı rəylər vermək
- Təsis sənədləri və hüquqi şəxsin dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişikliklərin qeydiyyata alınması ilə bağlı işləri görmək, lisenziyalaşdırma, icazələrin alınmasını tələb edən məsələlər üzrə sənədləri hazırlamaq, tədbirlər görmək;
- Vəzifəsinə uyğun olaraq Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
İş öhdəlikləri:
- İş təcrübəsi: Tələb edilmir
- Təhsili/ixtisası: Hüquq sahəsi üzrə bakalavr dərəcəsi
- Texniki biliklər: Mülki və mülki-prosessual qanunvercilik, xüsusilə qiymətli kağızlar bazarı və İnvestisiya Şirkətinin fəaliyyəti ilə bağlı qəbul edilmiş qaydalar
- Dil bilikləri: Azərbaycan dili -əla, Rus dili – yaxşı, İngilis dili – yaxşı
- Kompüter bilikləri: MS Office: əla
İş şəraiti :
- Əmək haqqı müsahibə zamanı əməkdaşın təcrübə və bilik səviyyəsinə uyğun təyin ediləcək.
- İş rejimi: 5 iş günü, 09:00-dan 18:00-dək.
- İş yeri: Azzure Business Centre.
CV-lərinizi info@unicapital.az ünvanına göndərməyiniz xahiş olunur.
QEYD: Email-in “subject” bölməsinə, vakansiyanın adını yazmağınız xahiş olunur