Qısa məzmun
Ə/h 500 AZN. Vision AcademySosial media hesablarının idarə edilməsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. İngilis və rus dillərinin bilməsi üstünlükdür.
Vision Academy tədris sektorunda 10 ildən artıq təcrübəyə malik şirkətdir. Gənclərin karyera imkanlarının genişləndirilməsinə yönəlik dil kursları, peşəkar maliyyə və biznes təlimləri, o cümlədən xaricdə təhsil xidmətlərinin göstərildiyi mərkəzin hədəfi Azərbaycanda peşəkarlığı və etibarı ilə seçilən qurumlardan olmaqdır. Vision Academy-nin gənc və mehriban komandası şirkət uğurlarının əsas səbəblərindəndir. Hazırda komandamıza qatılmaq üçün sosial media mütəxxəsisi axtarırıq.
Vəzifə öhdəlikləri:
- Vision Academy marketinq strategiyasına uyğun fəaliyyətlərin həyata keçirilməsi
- Vision Academy korporativ saytının təkmilləşdirilməsi, yenilənməsi və inkişafı
- Vision Academy və törəmə qolların sosial media hesablarının idarə olunması, postlar planının zamanında və əskiksiz icrası
- Sosial media hesablarında konstruktiv cavablandırmanın həyata keçirilməsi
- Digər şöbələrlə koordinasiyalı işin aparılması, yeni xidmətlər barədə zamanında məlumat alınması
- Ay sonu postların effektivliyi, müştəri tələbləri və yeni trendlərlə bağlı hesabatların təqdim edilməsi
- Şirkət brendinin yüksəldilməsi üçün yeni kampaniyalar və fəaliyyətlərlə bağlı təkliflərin verilməsi
Tələblər:
- Social media və veb sayt idarəçiliyi sahəsində təcrübə
- Mükəmməl Azərbaycan (o cümlədən yazılı) dili
- İngilis və rus dillərinin bilməsi üstünlükdür
- Daha öncə tədris sahəsində işləməsi üstünlükdür
- Content management və copywriting sahəsində təcrübə
- Sosial media müasir trendləri ilə yaxındaş tanışlıq
- Marketinq, yaxud əlaqəli sahədə ən az bakalavr təhsili
- Veb dizayn sahəsi ilə yaxın tanışlıq
- Hesabatların hazırlanması ilə bağlı təcrübə
İş şəraiti:
- İş qrafiki : 6 gün
- İş yeri : Bakı şəhəri, m.Elmlər, Z.Xəlilov 25a.
- Əmək haqqı: 500azn
Müraciət etmək istəyən namizədlərdən CV-zi (şəkil olmaq şərtdir) – elekberlitofiq@visionacademy.az emailinə göndərməyiniz xahiş olunur. CV faylı ilə birgə Portfolio mütləqdir . Mövzu (subject) yerinə vakansiya adı yazılmalıdır. Freelance iş üçün narahat etməyin.
Oxşar vakansiya siyahısı:
Giperaks.az SMM Təcrübəçi (ödənişsiz) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kepro Estetik Klinika SMM mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Hava Yolları QSC Aparıcı Rəqəmsal Analitika Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Ram Solutions MMC Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edur. ...