Qısa məzmun
Ə/h 100-1500 AZN. Formag – Baku MMC Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Rus və İngilis dillərini bilməlidir.
İş barədə məlumat:
- İş grafiki: 09.00-dan 18.00-dək
- Nahar: 13.00-dan 14.00-dək
- Şənbə – Bazar – qeyri iş günləri
- Daxili korporativ aktların, əmr, təlimat, protokolların qayda və prosedurların, əsasnamələrin hazırlanmasında iştirak, onların hüquqi ekspertizası
- üqavilələrin hazırlanması, şirkətin tərəfdaşları tərəfindən daxil olan müqavilələrin yoxlanılması
- Cəmiyyətin struktur bölmələrinin yazılı sorğularına əsasən praktik işlərində əmələ gələn hüquqi məsələlər üzrə izahat və məsləhətlərin verilməsi
- Cəmiyyətin biznes tərəfdaşları və dövlət orqanları ilə münasibətdə hüquqi dəstəyin verilməsi
- Şirkətin işçiləri ilə birlikdə hüquq mühafizə, nəzarət, tənzimləmə orqanlarına, habelə qarşı tərəflərə ünvanlanan sənədlərin hazırlanması
- Departament rəhbərliyinin hüquq xarakterli digər tapşırıqlarının yerinə yetirilməsi
- Məhkəmə və digər dövlət orqanlarına sənədlərin hazırlanması, dövlət organlarının bütün sorğularında iştiraki
- Məhkəmədə və digər dövlət orqanlarında şirkətin hüquqi nümayəndəsi kimi təmsilçilik
- İddia və iddia işlərinin aparılması
- Şirkətin fəaliyyətinə aid sənəd dövriyyəsinin qurulması və nəzarəti
- Şirkətə gələn hər hansı bir dövlət / hüquq-mühafizə orqanı işçisinin ofisinin giriş qapısında görüşmək və onunla ilk söhbət
- Hüquqi sənədləşmənin sistemləşdirilməsi və uçotunun aparılması və s
- Ofisdəki işçilərlə onların hüquqları, davranışları, vəzifələri hagda miniseminar keçirmək
- Şirkətin fəaliyyəti ilə əlaqəli hüquqi məsələlərdə ofis işçilərinə məsləhət vermək
- Hüquq məsələləri ilə bağlı bütün göruşlərdə iştirak və protokollaşdırma
Namizədə tələblər:
- Hüquq sahəsində peşəkar bilik və təcrübə
- Vətəndaş qüsursuzluğuna malik olmaq
- Rəhbərlik və kollektivdə işləmək qabiliyyəti
- Qarşısına qoyduğu məqsədə çatmaq qabiliyyəti
- Analitik düşüncə tərzi
- Rus və İngilis dillərini bilməlidir