Mühasib
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. PASHA Sığorta Mühasib vəzifəsi üzrə vakansiya elan edir. MS Office ilə qabaqcıl istifadə bacarıqları olmalıdır.

Əsas öhdəliklər:

  • Sığorta əməliyyatları və inzibati xərclər üzrə ödənişlərin icrasına nəzarət;
  • Ödəniş prosesinin inkişafına dair yeni təkliflərin verilməsi, yeni nəzarət mexanizmlərin qurulması;
  • Şirkətin tərəfdaşları ilə mütəmadi üzləşmələrin aparılması, uyğunsuzluqların araşdırılması;
  • Avans hesabatlarına və ezamiyyətlərə, təhtəlhesab şəxslər ilə hesablaşmalara nəzarət;
  • Ödənişlərlə bağlı sorğuların vaxtında cavablandırılması, ödənişlərdə gecikmələrin / sual / çətinliklərin araşdırılaraq həll edilməsi;
  • Ayın bağlanması ilə bağlı əməliyyatlar;
  • Mühasibat uçotuna aid olan sənədlərin bütövlüyünün və tamlığının qorunması, sənədlərin arxiv üçün hazırlanması;
  • Sənədlərin və ona məlum olan əməliyyatlar və xidməti tapşırıqların məxfiliyinin lazımi səviyyəsinin qorunması;
  • Birbaşa rəhbər tərəfindən verilmiş digər tapşırıqların yerinə yetirilməsi.

 

Bilik və bacarıqlar:

  • Maliyyə istiqamətində və ya digər texniki sahədə ali təhsil;
  • Maliyyə sahəsində ən azı 3 il iş təcrübəsi;
  • Kompüter bilikləri, Microsoft Office təminat proqramları paketi (xüsusi ilə Excel) üzrə yaxşı bilik və bacarıqlar;
  • Dil bilikləri – Azərbaycan dilinin mükəmməl, ingilis və rus dilinin işlək səviyyədə olması;
  • Stressə davamlı, komandada işləmək bacarığı.

Son müraciət tarixi: 15 sentyabr 2020-ci il.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin

Oxşar vakansiya siyahısı:

Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)

PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

PASHA Bank

07.05.2025 - Bakı

Mühasib

Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

07.05.2025 - Bakı

Keyfiyyətə Nəzarət üzrə Menecer

Starex Keyfiyyətə Nəzarət üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...

Starex

08.04.2025 - Bakı