Qısa məzmun
Ə/h 800 AZN. Allstar MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. Namizəd tərəfindən şəxsi Portfolionun göndərilməsi vacibdir.
İş barədə məlumat:
- Dövlət təşkilatların, böyük kommersiya şirkətlərin, holdinqlərin vəzifələli şəxsləri ilə görüşüb Allstar şirkətinin məhsullarını, servis və icarə xidmətlərini, həyata keçirdiyi layihələri, göstərdiyi dizayn işlərini yüksək səviyyədə müştəriyə təqdim etmək
- Şirkətin peşəkar avadanlıqların satışını, təşkil etmək
- Satış meneceri olaraq obyektləri gəzərək müştəri axtarışı, potensial müştərilərin şirkətə cəlb edilməsi, satışda olan peşəkar audio-video texnikanın reklam təbligatını aparmaq, obyektlərdə müştərinin avadanlıqlarla tanış edib avadanlıqların satışını həyata keçirmək şirkətin maraqlarına uyğun müştərilərlə kommersiya danışıqlarını aparmaq
- Şirkətdə keçirilən aksiya və kampaniyalar haqqında müştəriləri məlumatlandırmaq
- Şirkətin məhsullarının təqdimatını, reklamını etmək
- Müxtəlif sahələrdə fəaliyyət göstərən kommersiya müəssəsisələri- şirkətlər, restoranlar, şadlıq sarayları, tədris müəssisələri və s. ilə görüşlər həyata keçirmək; potensial müştərilərin müəyyənləşdirərək onlarla əlaqələr yaratmaq
- Şirkətin məhsul və xidmətlərdə müştərilərin tələbatlarının araşdırmaq, müştəri ilə sifarişin razılaşdırmaq, kommersiya təklifini hazırlamaq, layihələri əldə etmək
- Şirkətin təqdim etdiyi xidmətləri təbliğ və təşviq etməli; Reklam vasitələri olan buklet,kataloqların müştərilərə paylanması peşəkar audio-video texnika haqqında məlumatların verilməsi, müştərinin qazanılması üzrə cəhdlərin göstərilməsi; müştərilər ilə müqavilələrin bağlanmasına dair danışıqları həyata keçirmək
İş şəraiti:
- İş qrafiki saat 09:30-dan 18:30-dək
- Şənbə günü 09:30-dan 17:30-dək
- Namizəd Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə (VÖEN) açaraq, onunla xidmətlərin göstərilməsinə dair müqavilə bağlanılır
- Namizəd ona təyin edilən aylıq iş planını yerinə yetirməlidir, Namizəd aylıq planı 100% yerinə yetirdiyi zaman ona bonus sistemi ilə ödəniş edilir
- Aylıq iş planı tam şəkildə yerinə yetirmədiyi təqdirdə namizədə mininal xidmət haqqı 830 manat ödənilir
- Namizədə 15 gün sınaq müddəti təyin edilir, sınaq müddəti ödənişsiz olur, bu müddət ərzində namizədin işə uyğunluğu müəyyənləşdirilir və işin prinsipləri ilə tanış edilir. Sınaq müddəti bitdikdən sonra, əgər namizəd işi mənimsəyirsə onunla xidməti müqavilə bağlanılır
Namizədə tələblər:
- Bu vakansiyaya subay xanım namizədlər tələb olunur
- Satışın psixologiyası və prinsiplərini bilən, satış sahəsində iş təcrübəsi və biliyi olan xanım namizədlərə üstünlük verilir
- Ünsiyyət qurabilmə, azərbaycan və rus dillərində səlist danışıq bacarığı, İngilis dilində işgüzar yazışmaları apara bilən, İngilis dilində özünü ifadə edə biləcək olmalıdır
- İşgüzar,pozitiv,xoş görünüşlü, gülərüz və diqqətcil, müştərini razı salma bacarığı olmalıdır
- Yaş aralığı 23 – 30
- Şirkət tərəfindən avtomobil və yanacaqla təmin edilir
- Kompyuter bilikləri: İnternet , Mirosoft Office , Excell-Word proqramlarını əla səviyyədə bilən olmalıdır, Outlook-dan istifadə edə bilməlidir
Oxşar vakansiya siyahısı:
Kontakt Home Onlayn sifariş üzrə məsləhətçi (Sosial media kanallarından)vəzifəsi üzrə vakansiya elan edir. ...
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group of Companies Korporativ Satış Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group “Satış Məsləhətçisi” vəzifəsi üzrə vakansiya elan edir ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya üzrə şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Satış koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
"Smile Tour" MMC promoter ( satış təmsilçisi) vəzifəsi üzrə vakansiya elan edir. ...