Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Resant Group Əməliyyatlar üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən verilir.
Vəzifə öhdəlikləri:
- Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsini təşkil edir;
- Rəhbərlik etdiyi fəaliyyət sahəsinin struktur bölmələri və ya işçiləri arasında iş bölgüsünü aparır;
- Həmin bölmələrin rəhbərləri ilə birgə sahənin fəaliyyət dairəsinə aid olan məsələləri müzakirə edir, onların həll edilməsi üçün tapşırıqlar verir;
- Əməliyyat siyasəti və prosedurlarını hazırlayıb, tətbiq edib və nəzərdən keçirdir;
- Struktur bölmələrin işinə nəzarət edir, onlardan verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirmələrini tələb edir;
- Tabeliyində olan işçilərdən müəssisə-daxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsini tələb edir;
- Büdcə tərtibinə, hesabat verməyə, planlaşdırmaya və auditə nəzarət edir;
- Otelin davamlı idarəolunmasını idarə etmək, gəlirin və qonaqların razılığını təmin etmək üçün hədəflərin yerinə yetirilməsini və aşılmasını təmin edir.
Namizədə bağlı tələblər:
- Planlama qabiliyyəti;
- Yüksək təşkilatçılıq bacarığı;
- Azərbaycan, Rus, İnglis dillərini əla səviyyədə bilməli;
- Otel sahəsində ən azı 5 il iş təcrübəsi;
İş Şəraiti:
- İş vaxtı: həftədə 6 gün;
- Nahar şirkət tərəfindən verilir;
- Əmək haqqı namizədin təcrübəsindən asılı olaraq müsahibə zamanı təyin ediləcəkdir.
Maraqlanan namizədlər mövzu yerində “Əməliyyatlar üzrə menecer” yazmaqla öz CV-lərini hr@resantgroup.az ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Ofisiant
Zivar Restoranı Ofisiant vəzifəsi üzrə vakansiya elan edir. ...
Restoran meneceri/Administrator
Zivar Restoranı Restoran meneceri/Administrator vəzifəsi üzrə vakansiya elan edir. ...