Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Grand-Agro LLC Texnoloq vəzifəsi üzrə vakansiya elan edir. Problem həll etmə və əməkdaşlıq bacarıqları olmalıdır.
Grand Agro MMC –nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin gələcək planlarında yağ istehsalı zavodunun tikintisi, Abşeron yarımadasında istixana sistemlərinin qurulması və yaradılmış bağ ərazilərinin inkişaf etdirilməsi əsas yer tutur.
Əlavə məlumat
- İş yeri – Çinar Plaza
- İş qrafiki: həftənin 5 günü, saat 08:00-dan 17:00-dək
- Nahar Şirkət tərəfindən verilir, Sınaq müddətindən sonra ailə üzvləri daxil tibbi sığorta
- Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə
Vəzifə öhdəlikləri:
- Müəssisədə istehsalın texnoloji rejimini və texnoloji proseslərin avtomatlaşdırılmasını təmin edir
- Məhsulun əməliyyatlar üzrə marşrutunu və işlərin yerinə yetirilməsi ardıcıllığını təyin edir
- Avadanlığın yerləşdirilməsi, texniki təchizatı və iş yerlərinin təşkili planlarını tərtib edir, istehsalat gücünü və avadanlığın yüklənməsini hesablayır
- Texniki əsaslanmış vaxt (hasilat) normalarını, xətti və qovşaq qrafiklərinin işlənib hazırlanmasında iştirak edir
- Texnoloji normativləri, təlimatları, yığım sxemlərini, marşrut xəritələrini, texniki səviyyə və məhsulun keyfiyyət xəritəsini və başqa texnoloji sənədləri işləyib hazırlayır
- Texnoloji avadanlığın düzgün istismarına nəzarət edir
- Keyfiyyətsiz və zay məhsul istehsalının səbəblərini təhlil edir, onların qarşısının alınması və aradan qaldırılması tədbirlərinin işlənib hazırlanmasında, eləcə də buraxılan məhsul barədə gələn narazılıqların araşdırılmasında iştirak edir
- Sahələr üzrə “Texnoloji prosesə nəzarət kartları”nın aparılmasını və məlumatların aidiyyatı struktur bölmələrinə çatdırılmasını təmin etmək
Tələblər:
- Təhsil : Təhsil – Ali ( Qida məhsullarının texnologiyası, Qida məhsulları mühəndisliyi )
- Təcrübə: Əlaqədar sahədə minimum 3 -5 il
- Dil bilikləri: Azərbaycan Dili ana dili ,İngilis dili yaxşı səviyyədə
- İT üzrə biliklər: MS Office
Texniki Bacarıqlar:
- İstehsalın texnoloji hazırlanmasına aid metodiki və normativ materiallar üzrə biliklər
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydaları
- Qida təhlükəsizliyi və keyfiyyət sistemləri (ISO 9001/22000) üzrə biliklər
Səriştəlik:
- Məsuliyyətli, disiplinli, Təşkilatçılıq bacarığı
- Problem həll etmə və əməkdaşlıq bacarıqları
- Güclü şifahi və yazılı ünsiyyət, fikirlərini düzgün çatdırmaq,
- Prinsip və Dəyərlərə sadiqlik
- Prosedur və qaydalara riayət etmək
- Operativlik və İcra etmək bacarığı
- Detallara fikir vermə
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@grandagro.az elektron ünvanına mövzu yerinə “Texnoloq” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Logistika üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Two-Months Logistics Internship with Opportunity of work upon completion! We’re thrilled to announce a two-month internship opportunity at Logistics Solutions Azerbaija ...