Qısa məzmun
Ə/h razılaşma yolu ilə. HR Option İT Koordinator vəzifəsi üzrə vakansiya elan edir. APİ Server-lərin sorğulanması bacarığı olmalıdır.
Şirkət haqqında:
HR Option platforması – ölkədə Biznes və İnsan Resursları fəaliyyətlərinin effektivləşdirilməsi, sistemləşdirilməsi və avtomatlaşdırılması istiqamətləri üzrə xidmətlər göstərməkdədir.
Vəzifə öhdəlikləri:
- Müəssisə və bölmələrin hardware və software üzrə yarancaq sorğu və problemlərin həlli və yönləndirilməsi (IT helpdesk)
- 1C ERP üzrə texniki və sistem həlli məsələlərin həll edilməsi (1C helpdesk)
- Biznes proseslərin texniki analizinin verilənlər bazası modelinin tərtibatı səviyyəsinə qədər detallaşdırılması;
- Biznes proseslər üzrə texniki sənəd (istifadəçi və texniki səviyyədə – use case) hazırlanması;
- Texniki tapşırıq üzrə dəyişikliyin icra dövründə monitorinq edilməsi və dəyişikliyin tələblərə uyğunluğunun yoxlanılması;
- Dəyişiklik edilmiş Biznes prosesin test mərhələsində Sifarişçiyə və dəstək komandasına təqdim olunmasında iştirak;
- Biznes prosesin Proqramlaşdırma komandası ilə razılaşdırılması və görülən işlər barədə hesabatların təqdim edilməsi;
- Analiz zamanı hesabat hazırlanmasının mümkünlüyünün təmin edilməsi və yarana biləcək potensial risklərin müəyyən edilməsi;
- İT departamenti, Sifarişçi struktur və digər tərəfdaşlarla (3-cü şəxslər) texniki məsələlərin müzakirə edilməsi və uyğunluğun təmin edilməsi;
Vakant vəzifə üzrə tələblər:
- Tətbiqi riyaziyyat və kibernetika / İnformasiya texnologiyaları sahəsində Ali təhsil;
- Biznesi anlamalı ;
- 1C 8.3 (UNF) üzrə yaxşı bilik və təcrübə;
- Web servis üzrə biliklər: Arxitektura növü (Rest/Soap) ;
- APİ Server-lərin sorğulanması bacarığı;
- Sorğulama formatları (JSON / XML) barədə anlayış;
- Təchizatçı İT şirkətlərlə işləməyi bacarmalı ( Mütləqdir)
- Texniki tapşırıq (istifadəçi və texniki səviyyədə sənəd hazırlama, ardıcıllıq alqoritmi qurma) hazırlama bacarığı;
- Microsoft Office (Excel, Visio, PowerPoint, Word)
- Xarici dil bilikləri – İngilis və Rus dili (Texniki tapşırığı anlamaq və tərtib etmək səviyyəsində) ;
Maraqlananlardan xahiş olunur öz CV lərinizi cv@hroption.az email ünvanına göndərəsiniz.
Göndərilən CV-lərdə mövzu adı yerində “İT Koordinator” yazılmalıdır.
Oxşar vakansiya siyahısı:
We are looking for a Frontend Developer to join our dynamic and globally expanding startup. Requirements: Programming Language: Typescript Technologies: HTML5, CSS, SCSS, ...
Kontakt Home QA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası İT mütəxəssisi vəzifəsi üzrə vakansiyasi elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...