Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azconstruction QSC Kadrlar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən verilir.
İş barədə məlumat:
- AR-nın Əmək Qanunvericiliyinə, Baş Direktorunun əmrlərinə uyğun işçilərin qəbulu, başqa vəzifəyə keçirilməsi, işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi;
- İşçilərin şəxsi işlərinin hazırlanması və lazımi sənədlərin toplanması;
- Əmək kitabçalarının əmrlər əsasında doldurulması və qeydiyyatı;
- Işçilərə cari əmək fəaliyyətləri haqqında arayışların verilməsi;
- Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl ürə istifadə edilməsinə nəzarət edilməsi;
- Xəstəlik vərəqələrinin doldurulması və qeydiyyatı;
- Eamiyyət sənədlərinin rəsmiləşdirilməsi;
- Həftəlik və aylıq hesabatların hazırlanması;
- Elektron və yazılı Əmək müqavilələrinin tərtib olunması və qeydiyyatı ;
- Əmrlərin yazılması (məzuniyyət, ezamiyyət, əvəzçilik, işə qəbul, işdən çıxma, intizam məsuliyyətinə cəlbetmə haqqında və s.).
- İşçi heyətinin müqavilələrinin, əlavə razılaşmalarının, əmrlərinin, bildiriş məktublarının, intizam məsuliyyətinə cəlbetmə haqqında əmrlərin hazırlanması (xəbərdarlıq, töhmət) və s.;
- Yeni əmək kitabçalarının verilməsi , doldurulması və qeydiyyatı ;
- İşçi heyətinin tələb olunan hallarda düzgün əvəz edilməsinə nəzarət edilməsi (şirkəti tərk etdikdə, məzuniyyətə çıxdıqda, müvəqqəti əvəz olunduqda);
- İşçi heyəti üçün iş davamiyyəti cədvəllərinin hazırlanması və işçilərin əmək haqqılarının vaxtında və dəqiqliyi ilə ödənilməsini təmin etmək üçün mühasibat şöbəsi ilə birgə işin təşkil olunması;
- İşçilərin davamiyyətini müəssisədə quraşdırımış turniketlə işləmək;
- İşdən çıxan işçilərin şəxsi işlərinin Azərbaycan Qanunvericilinə uyğun olaraq arxivləşdirmək;
- İşçilərə sosial sığorta şəhadətnamələrin alınması üçün DSMF-na elektron formada müraciət etmək;
- Hər dövr üçün (rüb, illik) hesabatlar hazırlayıb Məşqulluq İdarəsinə təqdim etmək
Namizədə tələblər:
- Ali təhsil
- 1-3 il iş təcrübəsi
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək.
- Kommunikativ bacarığı, məsuliyyətlilik
- Ofis texnikası və komputer texnologiyalarından inamla işləmə qabiliyyəti
- Microsoft Office, 1 C proqram
Nahar şirkət tərəfindən verilir.
Əmək haqqı kandidatın bilik ,bacarığına uyğun dəyişir.
Sizi öz kollektivimizdə görməyə şad olarıq!
Maraqlananlar (başlıqda Kadrlar üzrə mütəxəssis qeyd etməklə) cv-lərini hr@azcon.az ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...