Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Nar Diler kanallarına dəstək və inkişafı üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. Microsoft Office proqramlarını mükəmməl bilməlidir.
Vakansiya haqqında
İdarə : B2C Kommersiya
Şöbə : Satış Kanallarının Strategiyası və Xidmətləri
İş qrafiki: Standart
İş müddəti : Daimi
İş yeri : Port Baku Cənub Qülləsi
Son müraciət tarixi : 02.10.2020
Sizin əsas vəzifə öhdəlikləriniz:
- Müvafiq şöbələrdən daxil olan şikayətləri araşdırmaq, təhlil etmək, Pərakəndə Satış Şöbəsinə yönləndirmək və həllinə nəzarət emək
- Diler/distributor şəbəkəsi üzrə saxtakarlıq hallarının qarşısının alınması məqsədilə müvafiq tədbirlər görmək və rəhbərliyi məlumatlandırmaq
- Aylıq satış müqavilələrinin distributor tərəfindən dövriyyəsinə və arxivə çatdırılmasına nəzarət etmək
- Satış məntəqələrinin açılıb-bağlanmasından asılı olaraq məlumat bazasını vaxtında yeniləmək
- Diler/distributor şəbəkəsinin iş prosesinin optimallaşdırılması üçün mütəmadi olaraq sistem təminatını təkmilləşdirmək
- Yeni satış nöqtələrinin sistemə daxil olunmasına nəzarət etmək
- CRM rolların (təsdiq əsasında) sistemə daxil edilməsi və ləğv olunmasına, dilerlərin müraciəti əsasında CRM şifrələrinin dəyişdirilməsinə nəzarət etmək
- Qrupun işinin yüksək səviyyədə təşkil edilməsinə mane olan proqram ləngimələrinin aradan qaldırılması üçün lazımi tədbirlər görmək
- Həvalə olunmuş layihələri idarə etmək
- Həftəlik/aylıq/illik hesabatlar hazırlamaq
Sizdən tələb olunan təhsil və iş təcrübəsi:
- Ali təhsil
- Müştərilərlə Əlaqələr üzrə ən azı 4 il iş təcrübəsi (Telekommunikasiya sahəsində təcrübə üstünlük hesab olunur)
- CRM, hesabat sistemləri, təlim və layihələrin idarə olunması üzrə təcrübə
- Komanda idarə olunması üzrə təcrübə
Sizdən tələb olunan bacarıq və səriştəliklər:
- Müştəriyönümlü
- Komanda işi və əməkdaşlıq
- Nəticəyönümlü
- İdarəetmə qabiliyyəti
- Analitika qabiliyyəti
- Azərbaycan və İngilis dillərini səlis bilmək (Rus dili biliyi üstünlük hesab olunur)
- MS Office proqramlarını mükəmməl bilmək
Müraciət etmək üçün
CV-nizi hr@azerfon.az e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Mövzu hissəsində “Diler kanallarına dəstək və inkişafı üzrə menecer” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
İnci Group Of Commpanies Merçandayzer ( Sumqayıt ərazisi üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Onlayn sifariş üzrə məsləhətçi (Sosial media kanallarından)vəzifəsi üzrə vakansiya elan edir. ...
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group of Companies Korporativ Satış Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group “Satış Məsləhətçisi” vəzifəsi üzrə vakansiya elan edir ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya üzrə şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Satış koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
"Smile Tour" MMC promoter ( satış təmsilçisi) vəzifəsi üzrə vakansiya elan edir. ...