Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Təhsildə Keyfiyyət Təminatı Agentliyi Aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə:
Sizin vəzifəniz təhsil müəsisələrinin akkreditasiyasının təşkili, daxil olan müraciətlərin müvafiq qanunvericiliyin tələbləri çərçivəsində cavablandırılması , müvafiq sənədlərin hazırlanması və rəsmiləşdirilməsi və keyfiyyət təminatı metodologiyasına dair beynəlxalq təcrübə üzrə təhlillər apararaq təkmilləşdirməsinə dair təkliflər irəli sürmək olacaqdır.
Məsuliyyət:
- Müvafiq təhsil müəssisələrinin akkreditasiyasını təşkil etmək;
- Keyfiyyət təminatı prosesinin lisenziya və xarici qiymətləndirmə/akkreditasiya mərhələlərini təhlil etmək və bu proseslərə dair müvafiq metodologiya və qanunvericilik sahəsində təşəbbüslər irəli sürmək;
- Xarici keyfiyyət təminatı metodologiyasına dair beynəlxalq təcrübə üzrə təhlillər aparmaq və yerli metodologiyanın təkmilləşdirməsinə dair təkliflər irəli sürmək;
- Şöbənin işinin təkmilləşdirilməsi ilə bağlı beynəlxalq təcrübənin araşdırılması yönündə tədqiqat fəaliyyətini həyata keçirmək;
- Sahə üzrə proseslərin optimallaşdırılması üçün mütəmadi olaraq rəhbərliyə təkliflər vermək;
- Daxil olan müraciətlərləri müvafiq qanunvericiliyin tələbləri çərçivəsində cavablandırmaq;
- Müvafiq sənədlərin hazırlanmasını və rəsmiləşdirilməsini həyata keçirmək;
- Vəzifə öhdəliklərindən irəli gələn digər fəaliyyətləri həyata keçirmək və rəhbərliyin verdiyi digər müvafiq tapşırıqları yerinə yetirmək.
Tələblər:
- Ali təhsil;
- Minimum 3 il peşəkar iş təcrübəsi;
- İngilis dilində akademik səviyədə yazmaq, oxumaq və danışmaq, Rus dilində minimum orta səviyyədə yazmaq, oxumaq və danışmaq;
- Azərbaycan dilində akademik yazı qabiliyyəti;
- Microsoft Office proqramlarını istifadə bacarığı;
- Monitorinq və analitik təhlil bacarığı;
- Prezentasiya etmək qabiliyyəti;
- Data analitika proqramlarından hər hansı birini yaxşı səviyyədə bilmək (“SPSS”, “Python”, “SQL”, “R” və s.) üstünlükdür;
- Güclü şifahi və yazılı ünsiyyət qurmaq bacarığı;
- Koordinasiya etmək bacarığı;
- Rəsmi sənədlərlə iş bacarığı;
- Məsuliyyət, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq.
Üstünlüklər
- Dövlət qurumlarında təmsil olunma və dövlət əhəmiyyətli tapşırıqların icrası;
- Dövlət qurumlarında karyera qurmaq və vəzifədə irəliləmək imkanı;
- Rəqabətqabiliyyətli və nəticəyönümlü əməkhaqqı sistemi.
İş qrafiki: bazar ertəsi-cümə, saat 09:00-18:00
Son müraciət tarixi: 28.10.2020
Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini hr@tkta.edu.az elektron ünvanına mövzu yerinə “Aparıcı məsləhətçi” qeyd etməklə göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Təsvir Excellent subject and curriculum knowledge. Excellent planning and teaching well structured lessons. Resource-based teaching / collecting and organizing subject r ...