Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Elektron Hökumətin İnkişafı Mərkəzi Mətbuatla İş üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə Funksiyaları:
- Mərkəzin baxışı, missiyası və dəyərlərinin auditoriyaya düzgün kommunikasiyasının təmin edilməsi;
- Mətbuat və ictimai məlumat sorğularını cavablandırılması və ya müvafiq səlahiyyətli şəxsə yönləndirilməsi; Kütləvi informasiya vasitələrinin (KİV) əhatə dairəsinin təsirinin təhlil edilməsi; media məsələlərinin idarəsində dəstək göstərilməsi;
- Kommunikasiya üçün nəzərdə tutulmuş nitqlərin, məqalələrin, press relizlərin və digər sənədlərin hazırlanması;
- Mərkəzin rəsmi vebsaytının və digər kommunikasiya kanallarının idərə edilməsi;
- Media qurumları ilə əlaqələrin formalaşdırılması və inkişaf etdirilməsi;
- Mətbuat konfranslarının və müsahibələrin təşkil edilməsi;
- Press-relizlər, korporativ təqdimatlar və redaksiya tələb edən məzmunlar da daxil olmaqla Mərkəz daxilində kommunikasiya üçün nzərdə tutulan materiallarının hazırlanmasında dəstək göstərilməsi;
- Mətbuatın gündəlik izlənilməsi;
- Kommunikasiya üçün nitqlərin yazılması, brifinq sənədlərinin hazırlanması
Tələblər:
- Jurnalistika va ya uyğun sahədə minimum 3-5 il iş təcrübəsi;
- Yerli medianı yaxından tanımaq və daha öncə aktiv əməkdaşlıq etmək;
- Güclü kommunikasiya və təqdimat bacarığı;
- MS Windows, Microsoft Office, Internet – yüksək səviyyədə istifadə bacarığı (digər proqramları bilmək üstünlükdür);
- Yüksək Azərbaycan dili və İngilis dili bacarıqları (Rus dili arzuolunandır).
Oxşar vakansiya siyahısı:
Efir koordinatoru (təcrübəçi)
İctimai Televiziya və Radio Yayımları Şirkəti Efir koordinatoru (təcrübəçi) üzrə vakansiya elan edir. ...