İş barədə məlumat:
- Xarici turların təşkili
- Aviabiletlərin satışı
- Xarici və ya daxili partnyorlar ilə əlaqələr qurmaq və işgüzar yazışmalar aparmaq
- Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması
- Otellərin və digər turizm xidmətlərinin bronlaşdırılması
- Sığorta yazılması
- Mövsümə uyğun turların analiz edilib hazırlanması
- Müştərilərə viza dəstəyi xidmətinin göstərilməsi
- Məsuliyyətli və diqqətli olmaq
- Mühitə tez uyğunlaşmaq və komandada işləmə qabiliyyətinə malik olmaq
- Əmək haqqından əlavə Bonus proqramı və eləcə də xüsusi mükafatlandırma sistemi tətbiq olunur.
- İş qrafiki: həftə içi 10:00-dan 19:00-dək, Şənbə günü: 10:00-dan 16:00-dək
- Bazar günü: istirahət günü
Namizədə tələblər:
- Yalnız xanımlar
- Tur menecer kimi turizm sahəsində ən azı 1 il iş təcrübəsinə malik olmaq
- Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək (ingilis dilini bilənlərə üstünlük verilir)
- Kompüterdə işləmək bacarığı (MS Office programları, Amadeus və s.) Amadeus programi ilə sərbəst işləyən namizədlərə üstünlük veriləcək
- İnternetdən aktiv istifadə etmək, sürətli axtarış və s
- Səlis və işgüzar danışıq bacarığına malik olmaq
- Yüksək ünsiyyət qurma bacarığına malik olmaq
- Həftəlik və aylıq satış hesabatlarının hazırlanıb, rəhbərliyə təqdim edilməsi
- Məsuliyyətli və diqqətli olmaq
Şəkilli CV-lərinizi Tur Menecer başlığı ilə HR@TWINSTRAVEL.AZ ünvanına göndərməyiniz xahiş olunur. Şəkilsiz və göstərilən tələblərə cavab verməyən şəxslərin CV formalarına baxılmayacaq. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Ofisiant
Zivar Restoranı Ofisiant vəzifəsi üzrə vakansiya elan edir. ...
Restoran meneceri/Administrator
Zivar Restoranı Restoran meneceri/Administrator vəzifəsi üzrə vakansiya elan edir. ...