Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Premium Bank Hüquqşünas/Aparıcı hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Yüksək qavrama və öyrənmə qabiliyyəti olmalıdır.
İşin təsviri:
- Bank fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələrin, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunaraq hazırlanması, əlavə və dəyişikliklərin edilməsi;
- Bank fəaliyyəti ilə əlaqədar yeni qəbul olunmuş normativ-hüquqi aktlar barədə Bankın aidiyyəti əməkdaşlarını məlumatlandırılması;
- Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Bankı təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi;
- Dövlət və ictimai təşkilatlarda hüquqi məsələlərə baxılmasında bankın maraqlarını təmsil edilməsi;
- Bank tərəfindən verilən iddia və digər ərizələrin hazırlanması, banka qarşı verilən iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin hazırlanması;
- Hüquq departamentinə daxil olan və çıxan sənədlərin, işlərin uçotunun aparılması.
Namizədə dair tələblər:
- Ali hüquqi təhsilinin olması;
- Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməsi;
- Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, Maliyyə bazarlarına nəzarət orqanın müəyyən etdiyi normativ xarakterli aklarının hüquq əsaslarının bilməsi;
- Mülki-hüquqi əqdlərin tərtib edilməsi sahəsində təcrübəsinin olması, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilməsi, bankda hazırlanan qərarlara, əmrlərə, sərəncamlara və digər normativ sənədlərə rəy verilməsi;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Microsoft Office proqramlarından istifadə etmə bacarığı;
- Bank və kredit təşkilatlarında hüquq sahəsində ən azı 1 (bir) il iş təcrübəsinin olması arzuolunandır;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dillərini bilənlərə üstünlük veriləcək);
- Bankda hüquqi işin, o cümlədən, məhkəmə işlərinin aparılması təcrübəsinə malik olan şəxslərə üstünlük verilə bilər.
İş şəraiti:
- AR Əmək Məcəlləsi-nə uyğun sənədləşmə
- İş saatı 09:00-dan 18:00-dək
- İstirahət günləri: şənbə və bazar günləri
- Əmək haqqı: ştat üzrə vəzifəyə uyğun ödəniləcəkdir.
Qeyd olunan vakansiyalar üzrə tələblərə uyğun gələn şəxslər öz CV-lərini HR@premiumbank.az elektron ünvanına 30.10.2020 tarixinədək göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “hüquqşünas” və ya “aparıcı hüquqşünas”şəklində göstərilməsi xahiş olunur.