Qısa məzmun
Ə/h 1200-1600 AZN. Kontakt Home Marketinq üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. Analoji sahədə ən azı 3 il iş təcrübəsi tələb olunur.
Vəzifələr:
- Reklam və promo kampaniyaları üçün kreativ ideyaların təklifi;
- Müxtəlif kampaniyalar üzrə layihələrin işlənilməsi(büdcə, deadline, auditoriya, kommunikasiya vasitəsi müəyyənləşdirmək, geri dönüşü hesablamaq);
- Ayrılmış resursların düzgün istifadəsinə nəzarət edilməsi və layihənin müəyyənləşdirilmiş büdcə və deadline çərçivəsində həyata keçməsinin təmin edilməsi;
- Mütəmadi olaraq bazarı izləmək və yeni imkanları aşkarlamaq;
- Bazarın dinamikasına uyğun çevik həllər təklif etmək;
- Bazarda yeni məhsulun tanıdılması planını hazırlamaq və icra etmək;
- Görülmüş işlərin effektivliyini ölçmək və bu barədə rəhbərliyə həftəlik/aylıq hesabatların təqdim edilməsi.
Tələblər:
- Minimum 3 il bu sahədə peşəkar təcrübə. Bank və ya Retail (B2C) təcrübəsi üstünlükdür;
- Biznes düşüncəsi olmalı və marketinq strategiyası qurmağı bacarmalıdır;
- Kreativ marketinq layihələri üzrə təcrübəli olmalıdır (Portfolio arzuolunandır);
- Layihə idarəetmə (Project Management) təcrübəsi mütləqdir;
- Bütün marketinq kommunikasiya vasitələri ilə iş təcrübəsi (Tv, Radio, çöl reklamları, influencer marketinq, rəqəmsal reklam vəs).
İş barədə məlumat:
- İş qrafiki: I-V günlər, 09:00-18:00
- Əmək haqqı: 1200 – 1600 AZN
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər hr@kontakt.az elektron ünvanına mövzu yerində “Marketinq üzrə mütəxəssis” qeyd edərək CV formasını göndərməklə müraciət edə bilərlər.
Oxşar vakansiya siyahısı:
1200 — 1500 ₼
Məhsul üzrə menecerKontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
1000₼
Sosial Media MütəxəssisiRam Solutions MMC Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edur. ...