Sistem və Şəbəkə İnzibatçısı
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. PİTS Technology Solutions MMC Sistem və Şəbəkə İnzibatçısı vəzifəsi üzrə vakansiya elan edir. Problemləri düzgün analiz edə bilmə bacarığı olmalıdır.Ə/h razılaşma yolu ilə. PİTS Technology Solutions MMC İT Dəstək Üzrə Mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Problemləri düzgün analiz edə bilmə bacarığı olmalıdır.

Ünvan: Salyan şosesi 32, Səbail rayonu, Bakı şəhəri

Vəzifə öhdəlikləri:

  • Active Directory (Qaldırılması, Quraşdırılması, İdarə olunması) ilə işləmək;
  • Şəbəkə proqramlarının serverlərdə və iş stansiyalarında quraşdırılması;
  • Terminal serverlərin sazlanması və dəstəklənməsi;
  • Serverlərdə və şəbəkə avadanlıqlarında sistemin tənzimlənməsi;
  • Fayl serverlərində, verilənlər bazası idarəetmə sistemlərinin və iş stansiyalarında proqram təminatının inteqrasiyasını təmin etmək;
  • Sistemdəki nasazlıqların və pozuntuların səbəblərini təhlil etmək, onların aradan qaldırılması, qarşısının alınması və bərpası;
  • İstifadəçilər üçün məhdudiyyəti qurmaq: serverlər və digər resurslar üçün;
  • Məlumat sistemi komponentlərinin (əməliyyat sistemi, antivirus qorunması, firewall, proqram paketləri, yeniləmə, alt sistemləri və s.) səmərəli və fasiləsiz işləməsini təmin etmək;
  • Məlumatların (bazaların), serverlərin, şəbəkə avadanlıqlarının surəti və ehtiyat nüsxəsini təmin etmək;
  • Şirkətin və müştərilərin şəbəkə infrastrukturunun sazlanması və idarə olunması;
  • İnternet resurslarının istifadəsinə nəzarət etmək;
  • Şəbəkə infrastrukturunda mövcud olan problemlərin aradan qaldırılması;
  • Xarici, daxili, beynəlxalq rabitə və internet çıxışlarını təmin etmək və fəaliyyətinə nəzarət etmək;
  • LAN/WAN şəbəkəsi və İT infrastrukturunun layihələndirilməsi;
  • Şəbəkə təhlükəsizliyini təmin etmək;
  • Telefoniya sisteminə nəzarət etmək və yaranan problemlərə qarşı lazımi tədbirlər görmək;
  • Telefonlar da daxil olmaqla, istifadəçilərin cihazlarını quraşdırmaq, konfiqurasiya etmək və problemlərini həll etmək;

Tələb olunan təcrübə:

  • Tələb olunan sahə üzrə ən az 3 il iş təcrübəsi

Bilik və Bacarıqlar:

  • Masaüstü və noutbuk kompüterlərlə, periferik və şəbəkə qurğularla ilə işləmə bacarığı;
  • Windows əməliyyat sistemlərində işləmə bacarığı;
  • DNS, DHCP, RDS üzrə biliklər;
  • Linux/Unix üzrə ilkin biliklər;
  • VPN texnologiyaları ilə iş bacarığı;
  • Firewallarla iş təcrübəsi (Cisco ASA, FortiGate);
  • Windows Server, Active Directory və Group Policy anlayışından tam xəbərdar olma;
  • Problemləri düzgün analiz edə bilmə bacarığı;
  • Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət qura bilmək bacarığı;
  • İngilis və rus dillərində texniki ifadələri anlama və texniki sənədlərlə işləmə bacarığı;
  • CCNA Security, CCNP sertifikatı və ya ekvivalent biliyin olması mütləqdir;
  • Komanda daxilində işləyə bilmək, işləri koordinasiya edə bilmə bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@pits.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Sistem və Şəbəkə İnzibatçısı” kimi göstərməyiniz xahiş olunur. Digər mövzulu müraciətlərə baxılmayacaq

Oxşar vakansiya siyahısı:

1000 — 2000 ₼
Frontend Developer

We are looking for a Frontend Developer to join our dynamic and globally expanding startup. Requirements: Programming Language: Typescript Technologies: HTML5, CSS, SCSS, ...

22.11.2024 - Bakı

QA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis)

Kontakt Home QA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

18.11.2024 - Bakı

Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

18.11.2024 - Bakı

2000 — 3000 ₼
Proqramçı

Do IT şirkəti Proqramçı vəzifəsi üzrə vakansiya elan edir. ...

DO IT

14.11.2024 - Bakı

İT mütəxəssis

  Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası İT mütəxəssisi vəzifəsi üzrə vakansiyasi elan edir. ...

Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası

07.11.2024 - Bakı

Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

04.11.2024 - Bakı

Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

31.10.2024 - Bakı