Frezerçi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Sumgait Technologies Park LLC Frezerçi vəziifəsi üzrə vakansiya elan edir. Naharla və nəqliyyatla ilə təmin olunur.

Vəzifə öhdəlikləri:

  • İstifadəsinə təhkim edilən Frez dəzghahında iş prinsipini və dəzgahdan istifadə qaydalarını bilməli;
  • İstifadə etdiyi frez alətlərinin növünü və düzgün təyin olunmasını bilməli;
  • Avadanlıqların yerləşməsi və ondan düzgün istifadə qaydalarını bilməli;
  • Daxili nizam-intizam qaydalarının tələbini, əmək mühafizəsi qaydalarını, yanğın təhlükəsizliyini, texniki təhlükəsizlik qaydalarını, istehsalat mədəniyyətinə riayət etməli;
  • Avadanlığı işə salmazdan əvvəl avadanlığın ətrafına nəzarət etməli;
  • Avadanlığın istifadəsində bütün texniki göstəricilərinə riayət etməli;
  • İş zamani texniki təhlükəsizlik qaydalarına riayət etməli;
  • Verilmiş tapşırıqların texnologiyaya uygun aparılıb- aparılmamasına nəzarət etməli,bu barədə ustaya məlumat verməli və səbəbini araşdırmalı;
  • Əgər iş ərzində hər hansı bir texniki nasazlıq baş versə bu barədə elektrik və çilngərlərə aidiyyatı üzrə müraciət etməlidir.Və nasazlıq aradan qaldırılana qədər onların işinə nəzarət etməlidir;
  • İş yerini təmiz saxlamalı;
  • Işləyərkən əmək təhlükəsizliyi qaydalarına əməl etməli;
  • Ətraf mühitinin qorunması üzrə qanunvericiliyini və əmək fəaliyyətinə aid edilən əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə əmək qanunvericiliyini və normativ tələblərini bilməli;
  • Öz fəaliyyətinin ekoloji aspektlərini və onların ətraf mühitə təsirinin dərəcəsini bilməli;
  • Öz fəaliyyətlə bağlı risklərini və onların idarə edilməsi üzrə tədbirlərini bilməli.

Təhsil/Təcrübə:

  • Orta texniki təhsil (Ali texniki təhsil arzuolunandır);
  • Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
  • Cizgiləri oxumağı bacarmalı;

Əlavə məlumatlar:

  • Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
  • İş vaxtı: Bazar ertəsi – Cümə, 08:00 – 17:00, 5 günlük iş həftəsi;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Frezerçi/Alüminium və mis profillər zavodu” yazaraq cv@stp.az ünvanına göndərilməsi xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

“STP” MMC irqi, rəngi, dini, cinsi, milli mənşəli, yaşı, əlilliyi və genetikası nəzərə alınmadan bütün işçilərinə və müraciət edənlərə bərabər iş imkanlarını təqdim edir. Dövlət qanunlarının tələblərinə əsasən, “STP” MMC-yə istənilən ərazidən müraciət edən namizədlərin/işçilərin işə qəbulunda ayrı-seçkilik etmir və bunu qayda-qanunlara uyğun olaraq həyata keçirir. Bu siyasət işə qəbul, işə götürmə, yerləşdirmə, vəzifə artımı, xitam vermə, geri çağırılma, yerdəyişmə, icazə, kompensasiya və təlim daxil olmaqla bütün qayda və şərtlərinə şamil olunur.

Oxşar vakansiya siyahısı:

Baş mexanik

Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

14.11.2024 - Xırdalan

Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi )

Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...

Hajigabul Poultry Farm Company

07.11.2024 - Hacıqabul

Texniki şöbənin Rəhbəri

CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...

CONCO Engeneering

07.11.2024 - Bakı

Memarlıq üzrə təcrübəçi

PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...

PASHA Property Management

31.10.2024 - Bakı

1500₼
Laçın ərazisi üzrə koordinator

Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...

Aznet Technologies

30.10.2024 - Bakı