Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Araz Supermarket Keyfiyyətə Nəzarət üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Araz Supermarketlər Şəbəkəsi Keyfiyyətə Nəzarət üzrə mütəxəssis (Ət məhsulları) vakansiyası üzrə işə qəbul elan edir!
İş yeri: Bakı
Vəzifə öhdəlikləri:
- Təchiz edilən cəmdəklərin və digər hissələrinin giriş nəzarətini həyata keçirmək: baytarlıq sənədlərinin və digər müşayiətedici sənədlərin tamlığını və düzgünlüyünü yoxlamaq, cəmdəklərin orqanoleptik göstəricilərinin, pH-nın, temperaturunun yoxlanılmasını həyata keçirmək;
- Keyfiyyət və təhlükəsizlik planını işləyib hazırlamaq;
- Keyfiyyət və təhlükəsizlik planına uyğun laborator analizin aparılması üçün nümunələri akreditə olunmuş laboratoriyaya təqdim etmək;
- Cəmdəklər və digər hissələr daşınan nəqliyyat vasitələrinin sanitar vəziyyətini, daşınma tələblərinə uyğunluğunu yoxlamaq;
- Cəmdəklərin və və digər hissələrin düzgün anbarlanmasına və müvafiq şəraitdə saxlanılmasına nəzarət etmək;
- Yararsız məhsul aşkar edildikdə aktlaşdırmaq və məhsulun geri qaytarılmasını təmin etmək, birbaşa rəhbərinə, aidiyyatı əməkdaşlara dərhal məlumat vermək;
- Keyfiyyət və təhlükəsizlik planına uyğun yoxlamaları həyata keçirmək, müvafiq qeydləri aparmaq;
- Anbarların sanitar gigiyenik `normalara uyğunluğunu yoxlamaq, temperatur, nisbi rütubət kontrolunu aparmaq;
- Emal edilmiş məhsulun düzgün qablaşdırılmasına, markalanmasına nəzarət etmək;
- Hazır məhsulun daşınması üçün baytar-sanitariya ekspertizasına dair baytarlıq sənədlərinin mövcudluğunu təmin etmək.
Tələblər:
- Ali texniki təhsil;
- Ət istehsalı sahəsində keyfiyyətə nəzarət üzrə ən azı 1 il iş təcrübəsi;
- Xarici dil bilikləri (rus dili, ingilis dili) üstünlükdür;
- AR-nın “Baytarlıq” haqqında Qanununu, AR Nazirlər Kabineti «Dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytarlıq nəzarətinin təşkili, idxal-ixrac edilən heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq (baytarlıq-sanitariya) vəziyyətinin yoxlanılması və müvafiq baytarlıq sənədinin verilməsi, dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasına gətirilməsi və ölkə daxilində daşınması Qaydaları»nın təsdiq edilməsi haqqında Qərarı, ISO 9001 və FSSC 22000/ISO 22000 üzrə standartları bilməli;
- Yüksək səviyyədə MS Office bilikləri;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
- Komandada işləmə, ünsiyyət bacarıqlarının olması;
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki
- Servis xidməti.
Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “Keyfiyyətə Nəzarət üzrə mütəxəssis (Ət məhsulları)” adını mövzu hissədə qeyd etməklə CV formalarını elcin.ekberov@veyseloglu.az və zaur.mahmudov@retail.az elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...