Qısa məzmun
Ə/h razılaşma yolu ilə. AVT Logistics Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Nahar ilə təmin olunacaqdır.
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 6-8 il iş təcrübəsi
Təhsil: Hüquq üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi üzrə ali təhsil və xarici universitetin diplomu olanlara üstünlük veriləcək)
İşin təsviri:
Şirkətin strukturlarına hüquqi dəstəyin verilməsi və daxili və xarici sənədləşmələrin hüquqi baxımdan qanunvericiliyə uyğunlaşdırılması fəaliyyətlərini icra edir.
Vəzifə öhdəlikləri:
- Şirkət daxilində müqavilə sifarişçilərinə lazımi hüquqi və metodiki dəstəyin verilməsi;
- Müqavilə idarəetmə prosesinin daimi olaraq təkmilləşdirilməsi və şirkət daxilində müqavilə sifarişçilərinin sifarişlərinin yerinə yetirilməsi keyfiyyətinin artırılması istiqamətində təkliflərin verilməsi, maarifləndirmə işinin aparılması;
- İş prosesində istifadə olunan bütün proqramlarda müqavilələrin tərtibatına, qeydiyyatına və digər proseslərə dair müvafiq qeydiyyatın aparılması;
- Struktur bölmələrin təşkil etdiyi müqavilə rəsmiləşdirilmə işinin mahiyyətinə aid zəruri görüş və danışıqlarda iştirak edilməsi;
- Müqavilənin rəsmiləşdirilməsi və analizi prosesində aşkarlanan çatışmazlıqların qeydiyyatının aparılması və onların aradan qaldırılması üçün müvafiq təkliflərin vrilməsi;
- Təyin edilmiş müddət çərçivəsində görülən işlər barədə hesabatların hazırlanması.
Tələblər:
- Analitik düşünmə və problemləri həll etmə bacarığı;
- Şifahi və yazılı yüksək nitq(natiqlik) qabiliyyəti;
- AR-nın mülki (xüsusilə əqdlər, korporativ hüquq daxil olmaqla), inzibati, gömrük, vergi, əmək, valyuta tənzimi, mülki və inzibati prosessual qanunvericiliyini mükəmməl bilməlidir, məhkəmə ,logistika sahəsində nəzəri və praktik biliklərə malik olmalıdır, dövlət orqanları ilə işin qaydalarını bilməlidir;
- Azərbaycan və rus dili yüksək, ingilis dili orta səviyyədə olmalı;
- Microsoft Office kompüter proqramlarından sərbəst istifadə etmək bacarığı;
- Məntiqi və hüquqi analiz qabiliyyəti yüksək olmalı;
- Dürüst və vicdanlı olmalı;
- Baş hüquqşünas təcrübəsi olanlara üstünlük veriləcək.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- Əmək müqaviləsi.
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: Eli.Qurbanzade@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını “Hüquqşünas” yazmaqla müraciət edilir.