Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Crocus Construction Təmir-tikinti işləri üzrə Mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.
Vəzifə öhdəlikləri:
- İnşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarət etmək;
- Təmir-tikinti işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsinə nail olmaq;
- Təmir-tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
- Tələb olunan bütün materialları, avadanlıqları yığmaq və onların müvafiq məqsədə uyğunluğunu yoxlamaq;
- Təmir-tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına nəzarət etmək;
- İşçi briqadalarının iş bölgülərini təyin etmək, onların istehsalat tapşırıqlarını vermək;
- İşlərə mühəndislik baxımından rəhbərlik etmək.
Namizədə tələblər:
- Təhsil – Ali təhsil (müvafiq sahədə);
- 5-ildən artıq mühəndis vəzifəsində iş təcrübəsi;
- Kompüter bilikləri – Microsoft office, Word, Excell, AutoCad;
- Dil bilikləri – Azərbaycan, Rus;
- Komandanı idarə etmək bacarığı;
İş yeri:
- Nardaran qəsəbəsi, Dəmiryolçular küçəsi.
- Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.
İş vaxtı: I-VI günlər
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, növbəti elektron ünvana CV göndərə bilərlər: recruitment@seabreeze.az
Oxşar vakansiya siyahısı:
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...