Qısa məzmun
Ə/h 2000-2500 AZN. Global Food Company Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Xasiyyətnamə tələb olunur.
Namizədə aid tələblər:
- 30-35 yaş arasında;
- Hüquq sahəsində ali təhsil;
- Azərbaycan, Rus və İngilis dilləri üzrə mükəmməl biliklər;
- Hüquq sahəsində 5 ildən az olmayaraq iş təcrübəsi;
- AR Mülki, Mülki-prosessual, Əmək, Cinayət,Vergi Məcəllələrin,Gömrük Qanunvericiliyi üzrə mükəmməl bilikləri, AR inzibati və inzibati prosessual qanunvericiliyi və normativ-hüquqi aktlarını bilməsi;
- Microsoft Office proqramları üzrə mükəmməl biliklər;
- Hüquqi nitq və peşəkar yazışma qabiliyyəti;
- E-taxes.gov.az portalından istifadə etmək yüksək bacarığı;
- Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti;
- Ünsiyyətqurma və komandada işləmək bacarığı;
- Xasiyyətnamə tələb olunur.
Əsas vəzifə və öhdəliklər:
- Şirkətin həyata keçirdiyi kommersiya layihələrinin hüquqi aspektlərini tənzimləmək. Şirkət üçün ən əlverişli şərtlərin müəyyənləşdirilməsini təmin etmək;
- Şirkət fəaliyyətinin qanunvericiliyə uyğun olmasına nəzarət və onun maraqlarının təmin olunması;
- Şirkətdəki müqavilə, maliyyə və əmək intizamının möhkəmləndirilməsi, mülkiyyətin mühafizəsinin təmin edilməsi, israfçılıq və oğurluq ilə mübarizə üzrə tədbirlərin işlənib hazırlanmasında və yerinə yetirilməsində iştirak etmək;
- AR mülki, mülki-prosessual, əmək, inzibati, vergi, mülki-hüquqi,gömrük əqdlərinin tərtib edilməsi, onların bağlanması və rəsmiləşdirilməsi;
- Şirkətin fəaliyyətinin normativ bazasının yaradılması işini təşkil etmək. Daxili normativ sənədlərin hazırlanması və hazırlanmasına nəzarət;
- Şirkət müqavilələrinin, əmrlərin, sərəncamların tərtib edilməsi, iddia və tələblər üzrə işlərin təşkili;
- Hüquqi təhlil və ekspertiza işini təşkil etmək və həyata keçirmək;
- Əqli mülkiyyət ilə bağlı sənədlərin hazırlanması,əmtəə nişanlarının qeydiyyatı prosesini aparmaq;
- Hüquqi şəxslərin dövlət qeydiyyatı,qeydiyyat məlumatlarının dəyişdirilməsi,ləğvi;
- Müəssisənin mənafeyini məhkəmə orqanlarında, digər idarə, müəssisə və təşkilatlarda, habelə hüquq mühafizə orqanlarında müdafiə etmək;
- Xahiş edirəm gizli kodu “555” ilə CV ilə göndərin, əgər həqiqətən A-dan Z-yə qədər bütün mətni oxuyursunuzsa, bunu bilməliyik 🙂
- Şirkətin hüquqlarının və qanuni maraqlarının etibarnamə əsasında məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiəsini təmin etmək;
- İcraatda olan məhkəmə qərarlarının qeydiyyatının aparılması və icra vəziyyətinin nəzarətdə saxlanılması;
- İcra sənədlərinin həyata keçirilməsi ilə bağlı olaraq məhkəmələrə və icra orqanlarına ərizə və müraciətlərin göndərilməsi və həmin işlər üzrə Şirkətin məhkəmələrdə və icra orqanlarında təmsil edilməsi;
- Hüquqi məsələlərlə bağlı müvafiq təşkilatlar, qurumlar, hüquqi şəxslər və dövlət orqanları ilə əlaqələrin yaradılması və işin təkmilləşdirilməsi sahəsində işlərin görülməsi;
- Hüquqi təminat və korporativ hüquq funksiyalarına ümumi rəhbərliyin və nəzarətin həyata keçirilməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların tam və vaxtında icrasının təmin edilməsi;
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- 5 günlük iş rejimi;
- Əmək haqqı: 2000-2500 AZN.
Mail: hr@gfc.az
CV göndərərkən mövzu yerinə vakansiyanın adı qeyd olunsun.