Qısa məzmun
Ə/h razılaşma yolu ilə. PİTS Technology Solutions MMC Sistem və Şəbəkə İnzibatçısı vəzifəsi üzrə vakansiya elan edir. Problemləri düzgün analiz edə bilmə bacarığı olmalıdır.Ə/h razılaşma yolu ilə. PİTS Technology Solutions MMC İT Dəstək Üzrə Mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Problemləri düzgün analiz edə bilmə bacarığı olmalıdır.
Ünvan: Salyan şosesi 32, Səbail rayonu, Bakı şəhəri
Vəzifə öhdəlikləri:
- Active Directory (Qaldırılması, Quraşdırılması, İdarə olunması) ilə işləmək;
- Şəbəkə proqramlarının serverlərdə və iş stansiyalarında quraşdırılması;
- Terminal serverlərin sazlanması və dəstəklənməsi;
- Serverlərdə və şəbəkə avadanlıqlarında sistemin tənzimlənməsi;
- Fayl serverlərində, verilənlər bazası idarəetmə sistemlərinin və iş stansiyalarında proqram təminatının inteqrasiyasını təmin etmək;
- Sistemdəki nasazlıqların və pozuntuların səbəblərini təhlil etmək, onların aradan qaldırılması, qarşısının alınması və bərpası;
- İstifadəçilər üçün məhdudiyyəti qurmaq: serverlər və digər resurslar üçün;
- Məlumat sistemi komponentlərinin (əməliyyat sistemi, antivirus qorunması, firewall, proqram paketləri, yeniləmə, alt sistemləri və s.) səmərəli və fasiləsiz işləməsini təmin etmək;
- Məlumatların (bazaların), serverlərin, şəbəkə avadanlıqlarının surəti və ehtiyat nüsxəsini təmin etmək;
- Şirkətin və müştərilərin şəbəkə infrastrukturunun sazlanması və idarə olunması;
- İnternet resurslarının istifadəsinə nəzarət etmək;
- Şəbəkə infrastrukturunda mövcud olan problemlərin aradan qaldırılması;
- Xarici, daxili, beynəlxalq rabitə və internet çıxışlarını təmin etmək və fəaliyyətinə nəzarət etmək;
- LAN/WAN şəbəkəsi və İT infrastrukturunun layihələndirilməsi;
- Şəbəkə təhlükəsizliyini təmin etmək;
- Telefoniya sisteminə nəzarət etmək və yaranan problemlərə qarşı lazımi tədbirlər görmək;
- Telefonlar da daxil olmaqla, istifadəçilərin cihazlarını quraşdırmaq, konfiqurasiya etmək və problemlərini həll etmək;
Tələb olunan təcrübə:
- Tələb olunan sahə üzrə ən az 3 il iş təcrübəsi
Bilik və Bacarıqlar:
- Masaüstü və noutbuk kompüterlərlə, periferik və şəbəkə qurğularla ilə işləmə bacarığı;
- Windows əməliyyat sistemlərində işləmə bacarığı;
- DNS, DHCP, RDS üzrə biliklər;
- Linux/Unix üzrə ilkin biliklər;
- VPN texnologiyaları ilə iş bacarığı;
- Firewallarla iş təcrübəsi (Cisco ASA, FortiGate);
- Windows Server, Active Directory və Group Policy anlayışından tam xəbərdar olma;
- Problemləri düzgün analiz edə bilmə bacarığı;
- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət qura bilmək bacarığı;
- İngilis və rus dillərində texniki ifadələri anlama və texniki sənədlərlə işləmə bacarığı;
- CCNA Security, CCNP sertifikatı və ya ekvivalent biliyin olması mütləqdir;
- Komanda daxilində işləyə bilmək, işləri koordinasiya edə bilmə bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@pits.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Sistem və Şəbəkə İnzibatçısı” kimi göstərməyiniz xahiş olunur. Digər mövzulu müraciətlərə baxılmayacaq
Oxşar vakansiya siyahısı:
We are looking for a Frontend Developer to join our dynamic and globally expanding startup. Requirements: Programming Language: Typescript Technologies: HTML5, CSS, SCSS, ...
Kontakt Home QA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası İT mütəxəssisi vəzifəsi üzrə vakansiyasi elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...