Qısa məzmun
Ə/h 1500 AZN. Sushi Master Əməliyyatlar üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir. Şəxsi avtomobil olan kandidatlara üstünlük veriləcək.
Tələblər:
- Ali Təhsil;
- Yapon və Pan-Asiya mətbəxləri üzrə biliklər;
- Restoran əməliyyatlarının idarə edilməsində minimum 3 illik iş təcrübəsi;
- Rus və İngilis dillərində sərbəst danışıq qabiliyyəti;
- Tabeçiliyində olan işçilərin işinə nəzarət etmək bacarığı;
- Tabeçiliyində olan işçilərə təlimatların verilməsi/təlimatlandırma bacarığı;
- Xidmət tələb edən müştərilərlə yaxşı əlaqə qurma bacarığı;
- Müstəqil işləmək bacarığı;
- Mürəkkəb məsələləri həll etmək bacarığı;
- Rabitə və texnologiyalar üzrə biliklər;
- Əla ünsiyyət bacarıqları;
Öhdəliklər:
- Restoranların, çatdırılmaların və zəng mərkəzlərinin iş fəaliyyətinə görə ümumi məsuliyyət;
- Restoranda ehtiyat səviyyələrini yoxlamaq, balanslaşdırmaq, idarə etmək və müvafiq olaraq tədarükləri sifariş etmək;
- Bütün detalların gigiyena, görüntü, sağlamlıq və təhlükəsizlik, ən əsası qida keyfiyyəti və müştəri xidmətləri daxil olmaqla şirkətin müəyyən etdiyi standartlara uyğun qurulmasını təmin etmək;
- Restoranda satış səviyyəsini, gəlirlərin təhlili və planlaşdırmanı həyata keçirmək;
- Hesabatların hazırlanması və maliyyə şöbəsi ilə əməkdaşlıq;
- Satışın artırılması və marketinq fəaliyyətinin dəstəklənməsi üçün marketinq şöbəsi ilə əməkdaşlıq;
- Kadrlar səviyyəsinin inkişafı üzrə kadrlar şöbəsi ilə əməkdaşlıq;
- İşçilərin təyin edilməsi, təlimi və iş cədvəllərinin müəyyənləşdirilməsi;
- Müştəri şikayətlərinə baxılması, müştəri məmnuniyyətini təmin etmək üçün lazımi tədbirlərin həyata keçirilməsi;
- Beynəlxalq ofis tərəfindən təqdim olunan sistemlərdən istifadə edilməsi və lazım olduqda əlaqə saxlanılması.
İş Şərtləri
- Ə/H 1500 AZN;
- Şirkət artımı ilə artan baza əmək haqqı;
- 6 günlük iş həftəsi;
- Şəxsi avtomobil olan kandidatlara üstünlük veriləcək;
- Rabitə xərcləri şirkət tərəfindən ödənilir;
- Nəqliyyat xərcləri şirkət tərəfindən ödənilir;
- İş yeri şəhərin mərkəzində yerləşir;
- İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir.
Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Əməliyyatlar üzrə Menecer” mövzusu altında hr@sma.az elekton ünvanına göndərə bilərlər.