Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Avrora Kimyaçı Mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Tibbi Sığorta ilə təminat olunur.
HAQQIMIZDA
Avrora Ticarət Şirkəti 01 noyabr 1993-cü ildə yaradılmışdır. Şirkət fəaliyyət istiqamətlərini genişləndirmək məqsədi ilə 2001-ci ildə Avrora MMC olaraq rebrendinq etmiş və yenidən qeydiyyatdan keçmişdir. Avrora fəaliyyətinə yerli və xarici zavod və fabriklərin istehsal etdikləri məhsulların ölkəmizdə dağıtımını həyata keçirməklə başlayıb. Avrora Qrup hal-hazırda ölkəmizin ən aparıcı distributor şirkətlərindən biridir.
Avrora Qrup öz fəaliyyətini hal-hazırda 2 istiqamətdə – Distributor və İstehsal üzrə davam etdirir. Beynəlxalq şirkətlərin, zavod və fabriklərin etibarlı partnyoru olan Avrora Grup-un portfoliosuna Danone, Ehrman, Rolton, Hochland, Chivas, Glenfiddich kimi aparıcı şirkətlər daxildir. Avrora distributor fəaliyyətini daha peşəkar və kəsintisiz həyata keçirmək üçün mərkəzi ofis Bakı olmaqla Gəncə, Lənkəran, Bərdə, Quba, Göyçay, Şəki və Saatlıda da lokal ofisləri fəaliyyət göstərir. Şirkətin ümumi sahəsi 20437 kv/m olan loqistika mərkəzləri vardır. Avrora Distribyuter hal-hazırda 12000-dən çox ticarət nöqtəsinə 800-dən çox brendin satışını həyata keçirir.
Avrora Qrup eyni zamanda Azərbaycanın aparıcı istehsal şirkətlərindən biridir. Avrora Qrup-un Makaron fabriki, Qənnadı fabriki, Qazlı içkilər fabriki və Un və yem istehsalı fabriki vardır.
Elan : “Kimyaçı Mühəndis”
İşin qısa təsviri :
İstehsal olunan məhsullar üzrə xammal, yarımfabrikat və hazır məhsulların mövcud standart və texniki şərtlərə müvafiqliyini təyin etmək üçün laboratoriya analizlərinin aparılması (nəmlik, turşuluq, qələvilik, su aktivliyi və digər tələb olunan analizlər) və uyğunluğun müəyyənləşdirilməsi.
Sizin əsas vəzifə öhdəlikləriniz :
- İstehsal olunan məhsulun fiziki -kimyəvi analizləri və orqonoleptik göstəricilərinə nəzarət edilməsi;
- Hər gün istehsal olunan məhsulların qeydiyyatının aparılması;
- Testlərin icrası zamanı müşahidələrin və nəticələrin müəyyən edilmiş qayda ilə qeyd edilməsi;
- Testlərin icrası zamanı keyfiyyət proseduralarına riayət edilməsi, bu zaman yaranan qeydlərin qayda ilə tam dolğun şəkildə aparılması;
- Aparılan analizlər üzrə lazımi hesabatların hazırlanması, problem olduğu təqdirdə dərhal aidiyyəti şəxslərə məlumatın verilməsi.
Sizdən tələb olunan sahə üzrə səriştə və bacarıqlar :
- Laborator avadanlıqları ilə işləməyi bacarığı;
- Laboratoriya cihazları ilə işləmə və onları tənzimləmə bacarığı;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti olmalı.
Sizdən tələb olunan təhsil və iş təcrübəsi :
- Təhsil : Ali təhsil (Kimya, Biologiya və Mikrobiologiya sahələri üzrə);
- İş təcrübəsi: Kimyaçı – laborant və ya Laborant- mikrobioloq olaraq minimum 1 il iş təcrübəsi;
- Dil bilikləri : İngilis və Rus dilləri (orta səviyyədə);
- Kompüter bilikləri : Microsoft Office proqramları.
Bizim iş şərtləri :
- İş qrafiki : Növbəli;
- İş yeri : Hökməli qəs;
- Nahar şirkət tərəfindən təmin olunur.
Biz nə təklif edirik :
- Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
- Təlim və inkişaf proqramlarının geniş çeşidi;
- Mükəmməl peşəkar komanda və mehriban mühit;
- Sağlamlıq və həyat sığortası.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “ Kimyaçı Mühəndis” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Oxşar vakansiya siyahısı:
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...