Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Code Academy Tələbələrlə iş üzrə Koordinator vəzifəsi üzrə vakansiya elan edir. Təqdimat bacarığı olmalıdır.
İşin təsviri:
- Tədris qruplarının başlamasının/bitməsinin təşkili
- Tələbə məmnunluğu sorğularının təşkili, analizi və problemlər üzərində iş
- Tələbələrin dərsə davamiyyətinə nəzarət və davamiyyət problemləri olan tələbələrin valideynləri ilə danışıq
- Müəllimlərin müraciətinə əsasən tələbələrlə görüş
- Tələbələrin fərdi müraciətlərinə baxmaq və problemləri üzərində işləmək.
- Qrup dəyişimlərinin təşkili
- Tələbələrin xitam müraciətlərinə baxış
- Tələbələr üçün əlavə məşğələ saatlarının təşkili
- Rəy və arayış müraciətlərinin cavablandırılmasının təşkili
- Tədrislərə Mentor (müəllim köməkçisi) seçimləri
- Mentorların fəaliyyətinə nəzarət, aylıq hesabatların toplanması, mentor iclaslarının təşkili
- Final layihə təqdimatlarının təşkili, nəticələrin müəllimlərdən toplanması
- Zəmanətli təhsilə yazılmaq istəyən tələbələrin qeydiyyatının aparılması
Görmək istədiyimiz bilik və bacarıqlar
- Tələbələrlə iş üzrə minimum 1 il təcrübə
- 25-35 yaş aralığında namizədlər
- İnsanlarla ünsiyyətin psixologiyasını və prinsiplərini yaxşı bilmək, insanları analiz edib tanıma bacarığı
- Görüşlərin təşkili, danışıqların aparılması üzrə bacarıqlar
- Valideynlərlə işləməyi bacarmaq
- Tələbələrə fərdi yanaşma bacarığı
- Aktiv dinləmə bacarıqları
- Komanda şəklində işləmək qabiliyyəti
- Güclü analitik düşünmə qabiliyyəti
- Konfliktləri, problemləri həlletmə və operativlik bacarığı
- Dinamik, təşəbbüskar və nəticəyəyönümlü olmaq
- Səbrli olmaq, nəzarətsiz və stres altında işləməyi bacarmaq
- Motivasiya etmə bacarığı
- Əlaqələr qurma bacarığı
- Yeni proyektlər və ideyalar verə bilmək, mövcud layihələri inkişaf etdirmək
- Müsahibələr keçirmə bacarığı
- Təqdimat bacarığı
- Azərbaycan dilini səlis, rus və ingilis dilini orta səviyyədə bilmək
- Ofis proqramlarında yaxşı işləmə bacarığı
Vəd etdiklərimiz:
- Peşəkar heyətiylə professional formada inkişaf etdirəcək iş mühiti
- Tez böyüyən və bazarda müsbət nüfuza malik şirkətdə ekspertlərlə iş təcrübəsi
- Code Academy daxilindəki bütün dərslərə giriş imkanı
- Kompyuter, mobil telefon və korporativ nömrə şirkət tərəfindən verilir.
- Tibbi sığorta təminatı
Özünü bu vakansiyaya uyğun hesab edən namizədlər hr@code.edu.az ünvanına başlıqda vəzifənin adı olmaqla öz rezümelərini, onlar haqqında rəy bildirəcək 2 nəfərin əlaqə vasitələrini (email və telefon nömrəsi) göndərsinlər. Uyğun namizədlər ilk öncə test ediləcək, testi uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
History teacher
Təsvir Excellent subject and curriculum knowledge. Excellent planning and teaching well structured lessons. Resource-based teaching / collecting and organizing subject r ...