Web Content Administrator
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Sinteks Group of Companies Web Content Administrator vəzifəsi üzrə vakansiya elan edir.

1996-cı ildə Bakı şəhərində əsası qoyulan Sinteks MMC bu gün Qafqaz və Mərkəzi Asiyada ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir.

SİNTEKS tanınmış beynəlxalq moda evlərindən tutmuş yeni yaranmış markalara kimi, dünyanın aparıcı moda brendlərini təmsil edir.
Şirkət dəb, zərgərlik və qida sahələrində 80-dən artıq mağazanı idarə edir.

Sinteks Şirkətlər qrupuna hal hazırda Veb kontent administratoru tələb olunur.

İşin rolu:

Bu rol, fotosessiyada çəkilən məhsulların şəkillərini redakte etmək və veb saytlara əlavə etməkdən ibarətdir. Müştərilərə keyfiyyətli şəkillər və məhsulların sənaye standartlarına uyğun olaraq təsvirini onlayn təqdim etməkdir.

Vəzifə öhdəlikləri:

  • Məhsulların foto şəkillərini markaların və e-mağazaların təlimatlarına uyğun olaraq redakte etmək
  • Xüsusi başlıqlar və mətn əlavə edərək məhsulları elektron mağazaya daxıl etmək
  • Məhsul haqda məlumatı 3 dildə əlavə etmək (azərbaycan, rus və ingilis)
  • Məhsul ölçülərini ölçü cədvəlinə uyğun olaraq düzəltmək
  • Əlavə edilmiş məhsulları yoxlamaq

Əsas tələblər:

Təhsil:

  • Rəqəmsal marketinq / dəb / pərakəndə satış sahələrində bakalavr dərəcəsi arzuolunandır

Təcrübə:

  • Məzmun meneceri, mətn müəllifi və ya sosial media administratoru kimi 1-2 il iş təcrübəsi
  • Pərakəndə sektorunda müvafiq təcrübə üstünlük təşkil edir
  • CRM sistemi üzrə təcrübə

Professional Biliklər:

  • Azərbaycan və rus dillərini mükəmməl, inglis dilini orta səviyyədə bilmək
  • Kontent yazmaq bacarıqları
  • Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək
  • Dünya brendləri və moda haqqında məlumat və anlayış
  • Photoshop və Adobe Creative Suite bilikləri

Professional Bacarıqlar:

  • Mətn yazma bacarığı
  • Təşəbbüskarlıq
  • Təzyiq altında işləmək
  • Nəticə yönümlülük
  • Yaradıcılıq
  • Zamanın idarəolunması

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruitment@sinteks.com e-mailına, mövzu hissəsində “Veb Kontent Administratoru” qeyd edib göndərilməsi xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Efir koordinatoru (təcrübəçi)

İctimai Televiziya və Radio Yayımları Şirkəti Efir koordinatoru (təcrübəçi) üzrə vakansiya elan edir. ...

İctimai Televiziya və Radio Yayımları Şirkəti

30.10.2024 - Bakı