Hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 450-500 AZN. Baku Business Consulting Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Microsoft Office proqramlarından istifadə bacarığı olmalıdır.

Şirkət haqqında

“Baku Business Consulting” MMC müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələrə vergi, mühasibatlıq, insan resurslarının idarə olunması, əməyin mühafizəsi və digər sahələr üzrə xidmətlər göstərir.

İş barədə məlumat:

  • Hüquqi məsələlərin həlli ilə bağlı məsləhətlər, təkliflər və tövsiyələr vermək;
  • Müqavilələr hazırlamaq, müqavilələrdən irəli gələn müvafiq sənədlərin hazırlanmasını təmin etmək və müqavilələrin şərtlərinin icrasına nəzarət etmək;
  • Daxili təlimat, qayda və prosedurların, əsasnamələrin, hazırlanması, sənədlərin ekspertizasının keçirilməsi və müvafiq təkliflərin hazırlanması;
  • Daxil olan hüquqi sorğuların cavablandırılmasını təmin etmək;
  • Müvafiq sənədləri təhlil etmək və rəy vermək, yenidən işləmək, icrasına nəzarət etmək;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları icra etmək.
  • Əmək haqqı 450-500 AZN
  • İş həftənin 1 -5 –ci günləri 09 :00 dan 18: 00 dək . Şənbə günü saat 09:00 dan 13:00 dəkdir.

Namizədə tələblər:

  • Ali Hüquqi təhsil
  • Dil bilikləri : Azərbaycan dili (əla), Rus və İngilis dilləri arzuolunandır
  • Kompüter bilikləri : Microsoft Office Proqramları (Word, Excel )
  • Vəzifəsindən irəli gələrək konfidensiallığı qorumalı
  • Sərbəst şəkildə qərarvermə və problemləri tez və vaxtında həll edə bilməl
  • Eyni vaxtda bir neçə işi görməli
  • İşdə dəqiqlik və detallara fikir verməli
  • Öz bilik səviyyəsini daima inkişaf etdirməli
  • Hüquqi sənədlərin sistemləşdirilməsi və uçotu qaydalarını bilməlidir.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...