“Bank Respublika” ASC “İnformasiya Texnologiyalarına Dəstək Departamentinin İnfrastruktur şöbəsinə kiçik mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.
- Artıq 28 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyur və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.
Ümumi vəzifə öhdəlikləri:
- ATM və Ödəniş terminallarının mütəmadi profilaktikası və təmiri;
- İnkosassiya prosesində yaranan problemlərin aradan qaldırılması;
- Kasetlərin bir nominaldan başqa nominala dəyişdirilməsi;
- Yeni ATM və ödəniş terminallarının quraşdırılması, proqramlaşdırılması və monitorinqi.
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- IT sahəsində 1 ildən artıq iş təcrübəsi arzuolunandır;
- Format, tam diaqnostika (Windows7/ 8.1/ 10 nun quraşdırılması və sazlanması üzrə biliklər və iş təcrübəsi) bacarığı;
- Bütün növ proqramların quraşdırılması üzrə biliklər;
- MS Outlook, Word, Excel (2016/2019) üzrə biliklər;
- ATM və ödəniş terminallarının iş prinsipinə dair biliklər;
- ATM və ödəniş terminallarının elektron və mexaniki hissələri barədə biliklər;
- ATM və ödəniş terminallarının fəaliyyət göstərən proqram təminatının sazlanması, baş verən xətaların müəyyən olunması və aradan qaldırılması üzrə biliklər;
- Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, İngilis dili texniki səviyyədə arzuolunandır;
- B kateqoriya sürücülük vəsiqəsi;
- Məsuliyyətlilik, dəqiqlik, operativlik və problem həlletmə bacarığı;
- Ünsiyyətqurma və komandada işləmək bacarığı.
Sizə nə təklif edirik?
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
- Əlverişli iş mühitində çalışmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “İnfrastruktur şöbəsi kiçik mütəxəssis” qeyd edərək HR@bankrespublika.az elektron ünvanına göndərə bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Expressbank ASC Sifarişlərin təhlili və strukturlaşdırılması şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi/böyük mütəxəssisi vəzifəsi üzrə vakansi ...
Expressbank ASC Girovları qiymətləndirilməsi və nəzarəti bölməsi/mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Məhsul sahibi (Product owner) vəzifəsi üzrə vakansiya elan edir. ...
Perla mebel Goran mağazasına uçotçu vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Mühasib (Restoran) vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Marketinq Departamentinin Kartmane və Partnyorlarla iş şöbəsində Baş mütəxəssis/ Ekspert vəzifəsinə işə qəbul elan edir. ...