Sənədləşmə üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Melissa Group Sənədləşmə üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Yazılı və şifahi ünsiyyət bacarığı olmalıdır.

“Melissa Group” – yaşayış komplekslərinin inşasını həyata keçirən Azərbaycanın ən proqressiv tikinti şirkətlərindən biridir. Bizimlə birlikdə çalışmaq istəyirsinizsə, sizi komandamıza dəvət edirik. Elan etdiyimiz vakansiya Sənədləşmə üzrə mütəxəssis vakansiyasıdır.

İş barədə məlumat:

  • Tikintiyə dair müvafiq lisenziya, icazə və digər, eyni zamanda texniki sənədlərin hazırlanma, alınma prosesini təmin etmək və icra prosedurunda iştirak etmək.
  • Sənədləşmə prosesində meydana çıxan problemlərinin aradan qaldırılmasını təmin etmək, layihə dəyişiklikləri və bənzəri durumların kargüzarlıq hissəsinin hazırlanması, müvafiq qurumlardan lazımi sənədlərin təmin olunması.
  • Tikintiyə dair dövlət qurumları ilə standart prosedur görüşlərinin həyata keçirilməsi, eləcə də qanunverilcilikdən irəli gələn digər məsələlərin həll edilməsi.
  • Binaların istismara dair bütün prosedur sənədləşmələrinin hazırlanması.
  • Sənədlərin düzgün idarə edilməsinin təşkil edərək daxil olan sənədləri qəbul etmək, qeydə almaq və aidiyyəti üzrə bölüşdürmək;
  • Elektron sənəd dövriyyəsi sisteminin effektiv istifadəsini təşkil etmək və onun təkmilləşdirilməsi üzrə təkliflər vermək;
  • Sifarişçi ilə Podratçı şirkət arasında sistemli olaraq sənəd mübadiləsinin yerinə yetirilməsi, idarə və nəzarət olunması;
  • Sənədlərin keyfiyyət tələblərinə uyğun olaraq hazırlanması təmin etmək;
  • Layihə prosedurlarına uyğun olaraq Sənədlərin idarə olunması sistemi üçün sistem administratoru kimi çıxış etmək.
  • Layihələr çərçivəsində keçirilən toplantıların əlaqələndirilməsi, toplantı (iclas) protokollarının tərtibatı, razılaşdırılması və yayımlanması;
  • Bütün sənəd və məlumatların qeydiyyat sisteminə daxil edilməsi, onların dəqiq və mövcud tarixə uyğun şəkildə sıralanmasının təmin edilməsi, dövriyyədə olan sənədlər brədə məlumatların müvafiq qaydada ötürülməsi və qəbul edilməsi;
  • Tikinti prosesində bütün müvafiq tərəflərdən və tərəflərə sənəd axınının qeydiyyatını və nəzarətinin təşkili;
  • Sənəd dövriyyəsinin uçot-nəzarət işini təşkil etməklə sənədlərin dövriyyəsinə və icra müddətinə nəzarət etmək, pozuntu halları barədə rəhbərliyi məlumatlandırmaq;
  • Sənədlərin təhlükəsizliyinin təmin olunması üçün ehtiyat nüsxələrinin saxlanması və arxivləşdirmə.

Namizədə tələblər:

  • Ali (texniki arzuolunandır) təhsil və müvafiq sahədə iş təcrübəsi;
  • Kompüter biliyi (İnternet, MS Word, MS Excel, MS Outlook (AutoCad arzuolunandır));
  • Azərbaycan dilində qabilliyyəti və ünsiyyət bacarığı; rus dili arzuolunandır.
  • Təşkilati bacarıqlar;
  • Yazılı və şifahi ünsiyyət bacarığı;
  • Yüksək etik davranış qabiliyyəti;
  • Səbrli və məsuliyyətli olmalı.

Əlavə məlumat:

  • İş qrafiki: 6 günlük iş qrafikinə uyğun olaraq müəyyən edilir.
  • Əmək haqqı: namizədin bilik və bacarıqları əsasında müəyyən olunur.

CV-lərinizi hr@melissagroup.az ünvanına “sənədləşmə üzrə mütəxəssis” başlığı ilə göndərməyiniz və ya https://melissapark.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Əməyin mühafizəsi üzrə mütəxəssis

Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Dəmir Yolları QSC

18.11.2024 -

Direktor assistenti

Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

14.11.2024 - Bakı

İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti

Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

01.11.2024 - Bakı