Qısa məzmun
Azərbaycan Beynəlxalq Bankı Pərakəndə bankçılıq departamentinin İpoteka şöbəsinə baş mütəxəssis vakansiyası elan edir.
Azərbaycan Beynəlxalq Bankı Pərakəndə bankçılıq departamentinin İpoteka şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.
Görəcəyiniz işlər:
- Verilmiş və ya veriləcək ipoteka kreditlərinin verilməsinin mövcud qayda və tələblərə uyğunluğuna nəzarət etmək;
- Mənzil kredit layihəsi üzrə kreditlərin anderraytinqinin aparılması;
- Şöbə daxilində mütəmadi daxil olan restrukturizasiya müraciətlərinin baxılması;
- İpoteka kreditləşməsi üzrə tələblərin pozulması halları aşkar olunduqda, həmin uyğunsuzluqların aradan qaldırılması üçün tədbirlər görmək;
- Şöbə daxilində hesabatların hazırlanması.
Bizim üçün ideal namizəd:
- Ali təhsili olan;
- Ofis proqramları ilə sərbəst işləməyi bacaran ( SQL bilikləri arzuolunandır);
- İpoteka kreditləşməsi üzrə 1-3 il iş təcrübəsi olan;
- Komandada işləmə bacarığı olan;
- İnduktiv və analitik təhlil bacarıqları olan şəxsdir.
Bu iş sizə nələri qazandıracaq:
- Təlim və inkişaf məsələlərində Bankın dəstəyi
- Davamlı karyera inkişafı
- Bank sahəsində iş proseslərini dərindən öyrənmək imkanı;
- Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
- Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi cv@ibar.az elektron ünvanına göndərməyiniz xahiş olunur.Məktubun mövzu hissəsində müraciət edilən vakansiya adının “İpoteka şöbəsinə namizəd” göstərilməsi xahiş edilir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az
Oxşar vakansiya siyahısı:
Bank Respublika ASC Məhsul sahibi (Product owner) vəzifəsi üzrə vakansiya elan edir. ...
Perla mebel Goran mağazasına uçotçu vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Mühasib (Restoran) vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Marketinq Departamentinin Kartmane və Partnyorlarla iş şöbəsində Baş mütəxəssis/ Ekspert vəzifəsinə işə qəbul elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Mikro kredit üzrə kiçik kredit mütəxəssisi (Sumqayıt filialı) vəzifəsi üzrə vakansiya elan edir ...