Maliyyə şöbəsinin Baş mühasibi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 1700 AZN. AIR Group Maliyyə şöbəsinin Baş mühasibi vəzifəsi üzrə vakansiya elan edir. Ünsiyyət qurma bacarığı olmalıdır.

Vəzifəyə aid qoyulan tələblər:

  • Təhsil: (iqtisadi, maliyyə, mühasibatlıq və oxşar fakultə)
  • Təcrübə: minimum 5 il;
  • Yaş: 30-45
  • Dil bilikləri: Azərbaycan, Rus (əla səviyyədə) mütləqdir və İngilis dili (İşgüzar yazışma təcrübəsi)
  • Kompüter bilikləri: MS Ofice, Outlook, 1 C

İş barədə məlumat:

  • Maliyyə şöbəsinin (baş mühasib,mühasib, xəzinədarlar və s.) məqsədlərinin planlaşdırmasının təşkili, nəzarəti və mühasibat, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi;
  • Müəssisənin maliyyə strateji planının həyata keçirilməsi və büdcəsininin hazırlanmasında yaxından iştirak edilməsi, həmçinin büdcənin icrasına nəzarət edilməsi;
  • Müəssisənin ümumi strateji planı çərçivəsində maliyyə siyasətinin icrasının təmin edilməsi;
  • Maliyyə üzrə bütün layihələri istiqamətləndirərək, nəzarət edilməsi və bir-biri ilə əlaqələndirilməsi;
  • Müəssisənin bütün aktiv və passivlərinin idarəedilməsi üzrə müəssisədaxili qaydaların işlənib hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Perspektiv və cari maliyyə planlarının, proqnozlaşdırılmış balans və pul vəsaitlərinin hərəkətinin layihələndirilməsi və düzgün xərclənməsinə nəzarət edilməsi;
  • Dövriyyə vasitələrinin normativlərinin işlənib hazırlanması, sürətləndirmək məqsədi ilə əlaqəli tədbirlərin görülməsi;
  • Müəssisənin fəaliyyətinin maliyyə nəticələrini tənzim etmə üsullarını işləyib hazırlanması; (məhsulun maya dəyəri, elementlərin formalaşmasının optimal variantlarının müəyyən olunması, xərclərin bölüşdürülməsi, qiymət qoyma və s.)
  • Müəssisənin maliyyə-iqtisadi nəticələrinin makro-iqtisadi cəhətdən təhlil edilməsi;
  • Müəssisənin ödəmə qabiliyyətinin təmin edilməsinə, istifadə olunmayan maddi-texniki vəsaitlərin yaranmasının qarşısının alınmasına və ləğv edilməsinə, mənfəətin çoxaldılmasına, xərclərin azaldılmasına və maliyyə intizamının gücləndirilməsinə yönəldilməsi;
  • Kommersiya müəssisələri, kredit və lizinq təşkilatları və digər təşkilatlar ilə işgüzar əlaqələrin qurulması;
  • Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasını və imzalanmasının həyata keçirilməsi; – Cəmiyyət adından ödəmə aparılarkən köçürmə ərizələrini, ödəmə sifarişlərini və digər sənədləri düzgün hazırlanması; – Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin etməli; – Müəssisənin öhdəlikləri üzrə bütün ödəmə sənədlərin təsdiq olunması;
  • Müəssisənin investisiya siyasətinin və aktivlərin idarəolunmasının həyata keçirilməsi, onların optimal strukturunun müəyyən edilməsi, aktivlərin dəyişdirmə və ləğv edilmə təklifinin hazırlanması;
  • Gəlirlərin vaxtlı vaxtında daxil olmasının və borcların ödənilməsinin təmin edilməsi; – Aylıq əmək haqqı hesablamalarının həyata keçirilməsi;
  • Tədarükçülərin və podratçıların hesablarının ödənilməsininin təmin edilməsi;
  • Satılmış və göstərilmiş xidmətlərdən mənfəətin hesablanmasına, əsas vəsaitlərin istifadəsinə, həmçinin bilavasitə müəssisənin əsas fəaliyyəti ilə bağlı olmayan əməliyyatların xərclərinin aparılmasına nəzarət edilməsi;
  • Mənfəət və digər vergilərin hesablanması, vergilərin minimallaşdırılmasının planlaşdırılması və idarə olunması, dövlət və yerli büdcələrə vergi və rüsumların köçürülmələri və s. kimi işlərin aparılmasına rəhbərlik və nəzarət;
  • Hesabat sənədlərinin düzgün tərtib olunmasını və tərkibində olan məlumatın doğruluğunun təmin edilməsi; – 1.C proqraminda avtomatlaşdırılmış əməliyyat sisteminin (ERP) qurulması və təkmilləşdirilməsi prosesinə rəhbərlik edilməsi;

Vəzifəyə tələblər:

  • Maliyyə nəzarətin prinsiplərini bilməli;
  • Maliyyə hesablaşmalarının qayda və üsullarını bilməli;
  • Vergi qoymanın prinsip və metodlarını,vergi və rüsumların ödəmə üsullarını bilməli;
  • Mühasibat uçotunun milli və beynəlxalq standarları üzrə biliklərin olması;
  • Maliyyə fəaliyyətinin təhlili və idarəedilməsi üzrə biliklərin olması;
  • Əməkdaşları motivasiya və inkişaf etdirmə qabiliyyətinin olması;
  • ƏSAS TƏLƏB: 1.C (8.3 UPP) proqramını mükəmməl səviyyədə bilməli,bütün əməliyyatlarının 1C üzərindən aparılması üzrə təcrübəsinin olması;

Şəxsi keyfiyyətlər:

  • Ünsiyyət qurma bacarığı olmalı; – Məsuliyyətli və təşəbbüskar olmalı;
  • Diqqətli və punktual olmalı; – Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, – Kollektivlə işləyə bilməli və özünü təkmilləşdirməli;
  • Qətiyyətli və müstəqil qərar qəbul etmə bacarığına malik olmalı;
  • Microsoft Office proqramlarını mükəmməl bilməli;

Əlavə məlumatlar:

  • Əmək haqqı – 1700 AZN + BONUS (sistem qurulduqdan sonra)
  • İş qrafiki: 5 gün, 09:00 – 18:00.

Göstərilən tələblərə cavab verən namizədlər öz şəkilli CV-lərini mövzu yerində “Maliyyə şöbəsinin Baş mühasibi” yazmaqla hr@airgroup.az elektron ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Məhsul sahibi (Product owner)

Bank Respublika ASC Məhsul sahibi (Product owner) vəzifəsi üzrə vakansiya elan edir. ...

Bank Respublika

22.11.2024 - Bakı

Uçotçu

Perla mebel Goran mağazasına uçotçu vəzifəsi üzrə vakansiya elan edir. ...

Perla mebel

22.11.2024 - Goran

Mühasib

Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Barkod Electronics

22.11.2024 - Bakı

1500 — 2000 ₼
Aparıcı mühasib

Regency Consulting and Tax Solutions MMC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Regency Consulting and Tax Solutions MMC

18.11.2024 - Bakı

600 — 800 ₼
Kiçik – Mühasib

Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Regency Consulting and Tax Solutions MMC

18.11.2024 - Bakı

Audit Üzrə Mütəxəssis

Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Hajigabul Poultry Farm Company

14.11.2024 - Hacıqabul

Kassir

Zivar Restoranı Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

Zivar Restoranı

07.11.2024 - Bakı

Mühasib (Restoran)

Zivar Restoranı Mühasib (Restoran) vəzifəsi üzrə vakansiya elan edir. ...

Zivar Restoranı

07.11.2024 - Bakı

Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi

Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

04.11.2024 - Bakı

Marketinq Departamentinin Kartmane və Partnyorlarla iş şöbəsində Baş mütəxəssis/ Ekspert

“Rabitəbank” ASC Marketinq Departamentinin Kartmane və Partnyorlarla iş şöbəsində Baş mütəxəssis/ Ekspert vəzifəsinə işə qəbul elan edir. ...

Rabitabank OJSC

01.11.2024 - Bakı

Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi

Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

30.10.2024 - Bakı

Mikro kredit üzrə kiçik kredit mütəxəssisi (Sumqayıt filialı)

Bank Respublika ASC Mikro kredit üzrə kiçik kredit mütəxəssisi (Sumqayıt filialı) vəzifəsi üzrə vakansiya elan edir ...

Bank Respublika ASC

30.10.2024 - Bakı