Qısa məzmun
Ə/h 600-700 AZN. Global Food Company kiçik hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Xasiyyətnamə tələb olunur.
Namizədə aid tələblər:
- 20-25 yaş arasında;
- Hüquq sahəsində ali təhsil;
- Azərbaycan dili (mükəmməl), Rus dili yaxşı səviyyədə, İngilis dili-arzu olunandır;
- Hüquq sahəsində 1 ildən az olmayaraq iş təcrübəsi;
- AR Mülki, Mülki-prosessual, Əmək, Cinayət,Vergi Məcəllələri üzrə biliklər;
- Microsoft Office proqramları üzrə biliklər;
- Hüquqi nitq və peşəkar yazışma qabiliyyəti;
- Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti;
- Ünsiyyətqurma və komandada işləmək bacarığı.
Əsas vəzifə və öhdəliklər:
- Şirkətin daxili normativ sənədlərin hazırlanması;
- Şirkət müqavilələrinin, əmrlərin, sərəncamların tərtib edilməsi;
- Lokal müqavilələrin tərtibi, hüquqi ekspertizası;
- Müvafiq dövlət orqanları və idarə(təşkilatlara) rəsmi müraciətlər, məktubların tərtibi və müvafiq məsələ üzrə hüquqi rəy verilməsi;
- İddia ərizələrin yazılması, elektron məhkəmə sistemi üzərindən iddia ərizələrin qanunvericiliyə müvafiq qaydada verilməsi proseduru;
- Şirkətin fəaliyyətində BNA, ADRA, AQTA ilə bağlı yaranmış işguzar fəaliyyətdə müəyyən icazələrin, sertifikatların, nişanların və s. sənədlərin alınması, müəyyən olunmuş qüsurların aradan qaldırılması;
- Müqavilələrin qeydiyyatının aparılması və arxivləşdirilməsi;
- Sertifikatların alınması;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların tam və vaxtında icrasının təmin edilməsi.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- 5 günlük iş rejimi;
- Əmək haqqı: 600-700 AZN.
CV göndərərkən mövzu yerinə vakansiyanın adı qeyd olunsun.