Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Badamlı Korporativ Satış üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir.
“Badamlı” Mineral sular Satış mərkəzi
Korporativ Satış üzrə Menecer vakansiyasını açıq elan edir.
Bu 1947-ci ildən Azərbaycan mineral sular istehsalında və satışında ilk və lider olan “Badamlı” şirkətinin gənc və dinamik komandasının üzvü olmaq istəyənlər pozitiv, motivasiyalı, çalışqan və yeniliklərə açıq xanımlar və bəylər üçün faydalı fürsətdir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, satışların təşkili və şirkət təmsilçiliyi sahəsində təcrübəsi olan bütün namizədləri aktiv şəkildə böyüyən və inkişaf edən Satış komandamıza qoşulmağa dəvət edirik! Şirkətimizin siması və Korporatov Satış üzrə Menecer olaraq Siz Badamlı şirkətinin mövcud və potensial müştərilərinə məhsullarımızın bütün çeşidlərinin satışının həyata keçirilməsi işini təşkil edəcəksiz.
Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz
- Ölkənin ilk su markası sayılan Badamlı şirkətinin gənc və dinamik komandasında iş təcrübəsi
- Satış sisteminin təkmilləşdirilməsində konsultantların dəstəyi ilə yaxından iştirak və liderlik
- Adekvat əmək haqqı və satış hədəflərinə uyğun bonus sistemi
- Təlim və inkişaf məsələlərində Şirkətin dəstəyi
- Davamlı karyera inkişafı
- Korporativ telefon
- Qanunvericiliyə uyğun sənədləşdirmə
Bizim üçün ideal namizəd:
- Ali təhsil
- Satış sahəsində ən az 3 il iş təcrübəsi olan
- 25-45 yaş aralığındakı namizədlərə üstünlük verilir
- İşgüzar danışıqlar aparmaq və yüksək yazılı və şifahi ünsiyyət keyfiyyətlərinə malik olmaq
- Bakı və müvafiq region üzrə hotel və restoran sistemini yaxşı tanımaq
- Kompüter və MS Office proqram bilikləri
- Azərbaycan və rus dillərində sərbəst danışmaq, ingilis dilini bilmək üstünlükdür
Görəcəyiniz işlər:
- Bakı və Abşeron üzrə yerləşən müştərilərə, xüsusən hotel və restoran şəbəkələrinə məhsulun çeşidləri üzrə təqdimatını/tanıtımını etmək
- Müştərilər və Məhsulların çeşidləri üzrə satış hədəflərini maksimum həyata keçirmək
- Satılmış məhsullara görə ödənişlərin effektiv və vaxtında yığılması üçün profilaktik tədbirlər həyata keçirmək
- Satış nöqtələrinin müvafiq ardıcıllığa uyğun olaraq mütəmadi ziyarətini həyata keçirmək
- Şirkətə yeni müştərilərin cəlb edilməsi istiqamətində işlər görmək
- Şirkətin coğrafi genişlənməsi ilə bağlı təkliflər vermək və tədbirlər görmək
Əgər bizim axtardığımız ideal Korporativ Satış Meneceri Sizsinizsə CV-nizi officehr@badamlı.az elektron ünvanına göndərməyiniz xahiş olunur (məktubun mövzusu: “Korporativ Satış Meneceri”)
Müraciət üçün son tarix – 15 Dekabr, 2020
Bakı şəh., Nizami ray., Əlişir Nəvai 17 (Neft Emalı Zavodunun yaxınlığı)
Oxşar vakansiya siyahısı:
Kontakt Home Onlayn sifariş üzrə məsləhətçi (Sosial media kanallarından)vəzifəsi üzrə vakansiya elan edir. ...
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group of Companies Korporativ Satış Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group “Satış Məsləhətçisi” vəzifəsi üzrə vakansiya elan edir ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya üzrə şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Satış koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
"Smile Tour" MMC promoter ( satış təmsilçisi) vəzifəsi üzrə vakansiya elan edir. ...