Qısa məzmun
Ə/h 600-900 AZN. Elcom MMC Memar dizayneri vəzifəsi üzrə vakansiya elan edir. Əllə eskizləri çəkmək bacarığı olmalıdır.
İş barədə məlumat:
- İş qrafiki : 9.00-dan 18.00-dək (5 gün)
- Оfis Gənclik metrosunun yaxınlığında yerləşir
Vəzifələr:
- Müxtəlif məqsədlər üçün tikilən obyektlərin kompleks layihələrinin memarlıq hissəsinin işlənib hazırlanması
- Bina və tikililərin və s. layihə təkliflərinin və baş planlarının işlənib hazırlanmasında, layihələşdirilməsində, nəzərdə tutulan layihə tapşırıqlarının və şərtlərinin müvafiq orqanlarla razılaşdırılmasında bilavasitə iştirak edilməsi
- Layihə işlərinin müəyyən olunmuş vaxtda yerinə yetirilməsinə riayət edilməsi, keyfiyyət və səmərəlilik göstəricilərinin artırılması
Namizədə tələblər:
- Azərbaycan və rus dillərinin biliyi ( inglis dilini bilən kandidatlara üstünlük veriləcək)
- Müvafiq sahədə ali təhsil (İnşaat mühəndisliyi)
- Həm yazılı, həm də şifahi mükəmməl ünsiyyət bacarıqları
- Yüksək səviyyədə yaradıcılıq və təxəyyül
- Müvafiq sahədə 3 ildən çox iş təcrübəsi (tikinti şirkətlərində iş təcrübəsinin olması üstünlük təşkil edəcək)
- Archicad, 3D Max, AutoCAD və aidiyyəti üzrə kompüter proqramları ilə işləmək bacarığı
- Əllə eskizləri çəkmək bacarığı
- Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verilməsi
- Komanda daxilində işləmək bacarığı
- Fikrini detallar üzərində cəmləşdirmək və bir necə işi eyni zamanda aparmaq bacarığı
CV-lərinizi office@elcom.az ünvanına “memar” başlığı ilə göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
800 — 1000 ₼
İnteryer və eksteryer dizaynerMadina Group MM MMC memar,interyer dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...