Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Ateshgah Sigorta Biznesə dəstək şöbəsi – mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi olmalıdır.
Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ birləşərək “Atəşgah” Sığora Qrupunu yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 14 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.
Biznesə dəstək şöbəsi ( Baş mütəxəssis)
Namizədə tələblər:
- İş təcrübəsi: tələb olunmur
- Yaş həddi: 20 – 27
- Ali təhsilli, bakalavrı yeni bitirmiş şəxslər müraciət edə bilərlər.
- İqtisadiyyat, Maliyyə, Riyaziyyat fakultəsini bitirmiş şəxslərə üstünlük verilir.
- Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), İngilis dili ( arzuolunandır )
- Microsoft Office ( Word, Excel, Power Point proqramları)
Vəzifə öhdəlikləri:
- Sığorta müqavilələri ilə bağlı yaranan problemləri araşdırmaq;
- Şirkət daxili əməliyyatların prosedur qaydalara uyğun aparılmasını yoxlamaq;
- Cəmiyyətdə maliyyə, reytinq və digər itkilərə gətirib çıxaran dələduzluq və s. neqativ halların aşkarlanması zamanı daxili təhqiqatlar aparmaq;
- Görülmüş işə dair hesabatlar və təqdimatlar hazırlamaq;
- Şirkətin kommersiya sirrinin və digər məxfi məlumatların sızıntısının qarşısının alınması üçün monitorinqlərdə iştirak etmək.
- Müvafiq Dövlət qurumlarına sorğu, müraciət və məktubların yazılması .
Şəxsi keyfiyyətlər:
- Analitik təhlil və operativ düşüncə tərzi.
- Danışıqların aparılması , izahatların alınması bacarığı.
- Məsuliyyəti üzərinə götürmək və şəraitə uyğun sərbəst qərar qəbul etmək bacarığı.
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
- Müxtəlif funksionallı iş rejimi və xüsusiyyətlərinə operativ adaptasiya və kollektivə tez uyğunlaşmaq bacarığı
İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır
- İş vaxtı 09:00 – 17:30
- İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- Əmək haqqı: Razılaşma yolu ilə
Məlumatlandırıcı qeydlər:
- Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
- CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
- CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
- Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
- lkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
- Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
- CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
- İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini (şəkilsiz CV’lərə baxılmayacaq) recruiting@ateshgah.com mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Biznesə dəstək şöbəsinin baş mütəxəssisi” qeyd etmələri xahiş olunur.
“Atəşgah” S.Ş. şəffaf idarəçilik üslubunu tətbiq etməklə, əməkdaşların daimi rəyini öyrənib, qərarların qəbul edilməsində onların iştirakını təmin edir.
Sağlam həyat tərzinin təmin olunması üçün müasir idman zalı, bütün avadanlıqlarla təhciz olunmuş yemək zalında güzəştli şərtlərdə təşkil olunan nahar fasiləsi, kitabxana, istirahət otaqları, müxtəlif əyləncəli tədbirlər, intellektual oyun və viktorinalar iş gününü maraqlı və faydalı edir.
Ən vacibi isə hər bir əməkdaş davamlı inkişaf və karyera yüksəlişi məqsədilə daxili və xarici tədris prosesinə qoşulmaq imkanına malikdir.
Oxşar vakansiya siyahısı:
Bank Respublika ASC Məhsul sahibi (Product owner) vəzifəsi üzrə vakansiya elan edir. ...
Perla mebel Goran mağazasına uçotçu vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Mühasib (Restoran) vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Marketinq Departamentinin Kartmane və Partnyorlarla iş şöbəsində Baş mütəxəssis/ Ekspert vəzifəsinə işə qəbul elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Mikro kredit üzrə kiçik kredit mütəxəssisi (Sumqayıt filialı) vəzifəsi üzrə vakansiya elan edir ...