Qısa məzmun
AzMonbat İnsan Resursları üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. Kollektivlə sağlam münasibət qurmaq və işləmək bacarığı olmalıdır.
“AZMONBAT” MMC -dən gənclər üçün təcrübə qazanma imkanı! İş təcrübəsinə malik olmayan məzunlar və ya İnsan Resursları bölməsinə maraq göstərən gənclər üçün zəngin bir təcrübə qazanma, gözəl kollektivdə çalışma və gələcəkdə İnsan Resursları sahəsində mütəxəssis olma şansı.
Vəzifə və Öhdəliklər:
- Yeni işə qəbul olunan əməkdaşların şəxsi işlərinin formalaşdırılması;
- Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət;
- Vahid namizədlər bazasının gündəlik yenilənməsi;
- İşçilərin gündəlik davamiyyətlərinə nəzarət və vahid hesabatın hazırlanması;
Bilik və bacarıqlar:
- Ali təhsil;
- AR Əmək qanunvericiliyi biliyi arzuolunandır;
- Öyrənməyə və inkişafa yüksək təşəbbüs və həvəs;
- Microsoft Office proqramlarından istifadə bacarığı;
- Azərbaycan, Rus və ingilis dili bilikləri;
- Müvafiq sahədə təcrübənin olması və ya İR sahədə təlimlərdə iştirik etmiş olması arzuolunandır;
- İnsanlarla fəal ünsiyyət qurmaq bacarığı;
- Kollektivlə sağlam münasibət qurmaq və işləmək bacarığı;
- Təqdimat bacarığı.
Təcrübə ödənişlidir, təcrübə müddətini uğurla keçən Təcrübəçi işlə təmin edilir.
Zavod Sumqayıt şəhəri yaxınlığında yerləşdiyi üçün Sumqayıt və ya yaxın ərazidə yaşayan namizədlərə üstünlük verilir.
Müraciət etmək istəyən namizədlər CV-lərini cv@azmonbat.com mail ünvanına mövzu hissəsinə “İnsan Resursları üzrə Təcrübəçi” qeyd edərək göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...